Nida Təhlil
İrəvanda və Xankəndidə olan heykəllər mütləq sökülməlidir - Deputat
“Faşizmin hər cür təzahürü zərərlidir, dağıdıcıdır və insanlara bəla gətirir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Millət vəkili söyləyib ki, alman faşizmi çoxsaylı Avropa və eyni zamanda postsovet coğrafiyası xalqlarına böyük bəlalar və faciələr yaşadıb:
“Nəzərə almaq lazımdır ki, alman faşizminə qarşı mübarizə “sovet xalqları”nın ortaq siyasi keçmişi olmaqla bərabər, həm də onların ortaq faciəsi olub. Ona görə də bir qrup Rusiya vətəndaşının faşizmi təbliğ edən erməni siyasətinə qarşı fəaliyyəti başadüşüləndir. Azərbaycan da həmişə erməni faşizmini və alman faşizminin simvollarından birinə çevrilən Qaregin Njde adlı faşistin təbliğ edilməsini pisləyib və ona qoyulan heykəlin götürülməsini tələb edib. Əslində, buna qismən nail də olub. Rusiya Federasiyasının Krasnodar vilayətində artıq ermənilər tərəfindən qoyulan heykəl sökülüb. İrəvanda və Xankəndidə olan heykəllər də mütləq sökülməlidir”.
Tural Turan
-
İdman16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin215:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO
-
Ekologiya12:39Sabah 16 dərəcə isti olacaq - Hava proqnozu






























.jpg)









