Nida Təhlil
Onlar üçün beynəlxalq hüquq əsas deyil - Hikmət Babaoğlu
Qərb mediasında yenidən Azərbaycanla bağlı qara kampaniya başladılıb. Öz gözündə tiri görməyib başqasına kor deyənlər Qərb ölkələrində korrupsiya, insan hüquqlarının pozulması, milli və irqi ayrı-seçkilik və digər bu kimi neqativ halları unudurlar.
“Sarı jiletlilər”in aksiyaları zamanı insanların polislər tərəfindən hansı təzyiqlərə məruz qalması bütün dünyanın gözlərinin qarşısında baş verdi. Jurnalistlər ölümcül şəkildə döyüldü. İslamofob düşərgənin fəallarının Suriyadan və İraqdan olan qaçqınlara, mühacirlərə qarşı amansız davranışları da hələ ki, unudulmayıb. Hələ Avropanın bir sıra siyasilərinin adlarının rüşvət qalmaqallarında hallanmasından danışmırıq. İki Fransa prezidentinin rüşvət məsələsinə görə hakim qarşısına çıxması da yaddaşlardan silinməyib.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Publika.az-a açıqlamasında söyləyib ki, insan hüquq və azadlıqları, söz, mətbuat azadlıqları kimi qlobal dəyərlər Qərb siyasətçiləri tərəfindən həmişə manipulyasiya edilib:
“Bundan milli dövlətlərə qarşı bir təzyiq vasitəsi kimi istifadə olunub. Hazırda qlobal dünyanın milli dövlətlərə qarşı ən çox istifadə etdiyi alətlərdən biri də məhz bu dəyərlərdir. Ona görə də vaxtaşırı söz və insan azadlıqlarını, bu kimi universal dəyərləri bəhanə edərək ayrı-ayrı qərəz kampaniyaları aparırlar. Biz 30 illik münaqişə tarixində də bunun şahidi olduq. Bir daha yəqin etdik ki, Avropada Azərbaycana münasibətdə bu dəyərlərin doğru qiymətləndirilməsini gözləmək yanlışdır. Hazırda Azərbaycan tarixi zəfər əldə edib. Öz müstəqilliyimizi, ərazi bütövlüyümüzü bərpa etmişik, sözün hər mənasında milli iradə nümayiş etdirərək beynəlxalq münasibətlər sisteminin müstəqil aktoruna çevrilmişik. Belə olan halda Azərbaycanın bu sayaq davranışlarından narazı qalan Avropadakı islamofob mərkəzlər, erməni lobbisi hazırda yenə də Azərbaycana qarşı media üzərindən, müxtəlif qeyri-hökumət təşkilatları, beynəlxalq qurumlar üzərindən təzyiqlər edirlər. Biz bunun nəticəsində fərqli münasibətlərlə üzləşirik”.
Deputatın fikrincə, real vəziyyət ondan ibarətdir ki, Avropada öz hüquqlarını tələb edən ayrı-ayrı qruplar, fərqli sosial təbəqələr dövlət və onun zor aparatı tərəfindən ciddi təzyiqlərə məruz qalırlar:
“Onlara qarşı sərt tədbirlər görülür. Onlara qarşı siyasi zor tətbiq edilir. İtlərlə, gözyaşardıcı qazlarla və digər mümkün vasitələrlə onlar susdurulur. Avropa mətbuatı bu cür hadisələrə göz yumur. Qərbin insan hüquqları təşkilatları susur. Bu barədə bir kəlmə də yazmırlar, demirlər. Tam əksinə, Azərbaycanda qanunun tələblərinin yerinə yetirilməsi halları olanda ölkəmiz siyasi şantaja məruz qalır. Qlobal informasiya müharibəsinin təzyiqləri ilə üzləşir. Beləliklə, həqiqət, dəyərlər itir. Eyni zamanda, bildiyimiz ikili standartlar hadisəsi baş verir. Bununla da Avropadakı islamofob və ermənipərəst mərkəzlərin Azərbaycana və fərqli sivilizasiyalara qarşı tətbiq etdiyi təzyiq və istismar vasitələri işə düşür”.
Hikmət Babaoğlu düşünür ki, yeni yaranmış reallıqda Azərbaycanın güclənməsi, ermənilər tərəfindən Azərbaycan sərhədlərinə müdaxilə cəhdlərinin ifşa olunması ölkəmizin hər qarışında öz suveren hüquqlarını bərpa etməsi Avropadakı bəzi islamofob mərkəzləri qıcıqlandırıb: “Biz bunları bəzi halda avropalı siyasətçilərin dillərindən açıq şəkildə eşidirik. Bir daha bəlli olur ki, onlar üçün beynəlxalq hüquq əsas deyil. Sadəcə olaraq, özlərinin idealist maraqlarında olan məsələlər daha önəmlidir. Bu, onlar üçün beynəlxalq hüquqdan üstündür. Şəxsi ambisiya və maraqlarını hər şeyin üstündə tuturlar. Düşünürəm ki, Azərbaycanın ictimai rəyi nəyin nə üçün baş verdiyinin fərqindədir. Ona görə də Azərbaycana qarşı aparılan bu söz və informasiya müharibəsi bu savaşı təşkil edən islamofob mərkəzlərin özlərinin də əleyhinə işləyir”.
Tural Turan
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...