Nida Təhlil
Onların Nüvədiyə qayıtmaq hüququ var - Qabil Hüseynli
Nüvədi sakinlərinin öz torpaqlarına qayıtmaq hüquqları var. Avropa İnsan Hüquqları Konvensiyasında bu məsələlər öz əksini tapıb. Bu məsələlərdən biri də insanların güclə deportasiya edildiyi yerlərə qayıtmasıdır.
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloq bildirib ki, Nüvədi sakinlərinə qarşı ağır mübarizə formaları tətbiq edilib: “Nüvədi vətəndaşları uzun müddət öz kəndlərini tərk etmədi. Onlara qarşı ağır mübarizə formaları tətbiq edildi. Suları kəsildi, kəndə ərzaq göndərilməsinin qarşısı alındı. Ermənilər bütün istibdad metodlarından istifadə etdilər ki, həmin adamları məcburiyyət qarşısında qoyub ərazidən çıxarsınlar. Nüvədi camaatı 2 il mübarizə apardı. Sonradan rus əsgərlərinin köməyi ilə onlar deportasiya edildi. Evləri qiymətləndirilmədən, qiymətləndirildikdən sonra kompensasiya haqları ödənilmədən onları həmin ərazidən çıxardılar. İndi isə doğulduqları ərazilərə qayıtmaq istəyirlər. Bu, onların Avropa İnsan Hüquqlarının fundamental prinsiplərinə söykənən haqlarıdır. İnanıram ki, Avropa İnsan Hüquqları Məhkəməsi bu məsələni həll edəcək”.
Rahib Ələsgərli
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl

























.jpg)









