Nida Təhlil
Ermənistanda seçki: Bakının strategiyası erməniləri reallığı qəbul etməyə məcbur etdi
Ermənistanda növbədənkənar parlament seçkiləri başa çatdı və erməni xalqı Xocalı qatili, revanşizm istəyən Robert Koçaryanı yox, müharibədə məğlub olmuş və yeni müharibə istəmədiyini açıqlayan Nikol Paşinyanı seçdi. Bu, Ermənistanda əhalinin müharibə istəmədiyi və 30 ilə yaxın davam edən işğal siyasətindən bezdiyini, normal yaşamaq istədiyinin tablosudur.
Seçkilərdə səs verən və nəticəni müəyyənləşdirən erməni seçicilər idi, lakin ermənilərin müharibədə məğlub olmasına baxmayaraq, Paşinyan komandasını dəstəkləməsi Azərbaycanın işğal dövründə həyata keçirdiyi strategiyanın və 44 günlük Vətən müharibəsində qazandığı qələbəsinin nəticəsi hesab edə bilərik.
Prezident İlham Əliyevin siyasət və hərb meydanında həyata keçirdiyi strategiya Ermənistanda reallığın qəbul edilməsi ilə nəticələndi.
Ermənistan işğal siyasətinə davam etdiyi vaxt Azərbaycan lideri nə etdi:
- Bütün sahələrdə Azərbaycanın qüdrətini artırdı, ölkəni regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevirdi;
- Sosial-iqtisadi sferada ciddi inkişaf əldə olundu, ölkəyə gələn gəlirlər bərabər şəkildə bütün sahələrin inkişafına yönəldildi;
- Azərbaycan Silahlı Qüvvələrini regionun ən güclü ordusu vəziyyətinə gətirdi;
- Azərbaycanı beynəlxalq münasibətlər sistemində öz prinsipial mövqeyi ilə seçilən və yüksək nüfuza malik ölkəyə çevrirdi, qlobal proseslərin mərkəzində yer alan beynəlxalq oyunçu etdi;
Bunun fonunda işğalçı Ermənistan üzərində mövcud vəziyəti yetişdirən strategiya tətbiq etdi:
- İşğalçı ölkə blokadaya salındı, Ermənistan regionun siyasi və iqtisadi həyatından kənarda qaldı, ölkənin iqtisadiyyatı çökdü, əhalinin sosial durumu ağırlaşdı, Ermənistan xarici yardımdan asılı vəziyyətə düşdü;
- Həyata keçirdiyi fəal diplomatiya Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa, erməni yalanlarını ifşa etməyə imkan verdi, nəticədə, Ermənistan beynəlxalq informasiya məkanında və diplomatiya sahəsində əvvəlki dövrdə əldə etdiyi üstünlükləri itirdi;
Ermənistan xalqı anladı ki, işğal siyasəti onların həyatını cəhənnəmə çevirib və normal yaşamağın yeganə yolu regionda düşmənçiliyə son qoymaq, illərdir yalançı xəyallarla onları aldadanların idaarəçiliyinə son qoymaqdır.
2016-cı ilin “aprel müharibəsi” və qazandığımız qələbə Serj Sarkisyanın hərbi xuntasının devrilməsinə və erməni cəmiyyətinin ayılmasına səbəb oldu. Bu, ermənilərin onların olmayan torpaqlara görə ölümə getmələrinə, səfalət içində yaşamalarına qarşı ilk etirazı idi.
2020-ci ilin Vətən müharibəsi Azərbaycan liderinin siyasi meydanda illərdir həyata keçirdiyi strategiyanın hərb meydanında başa çatdırılması idi. İşğalçı ölkə məğlub edildi, torpaqlarımız azad olundu.
Bu strategiya Ermənistanda məğlubiyyətə baxmayaraq, Nikol Paşinyan komandasının qələbəsini şərtləndirən amillərdəndir. Parlament seçkilərində Koçaryan-Sarqsyan cütlüyünün məğlubiyyəti göstərdi ki, erməni xalqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi mənzərəni, müharibənin nəticələrini qəbul edir, revanşistlərə yenidən meydan vermək niyyətində deyil. Bir daha aydın oldu ki, Qarabağsız “Qarabağ klanı” artıq Ermənistanda heç kəsə lazım deyil.
Ən mühüm məqamlardan biri də 44 günlük müharibədə Azərbaycanın məhz Koçaryan-Sarkisyan ordusunu darmadağın etməsidir. Prezident İlham Əliyevin “Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, biz sizi məğlub etmişik, sizin ordunuzu məhv etmişik” sözləri seçkinin nəticələrində bir daha təsdiq olunur.
Seçkinin nəticələri sübut etdi ki, erməni xalqı revanşist meyllərə yox deyir, məğlubiyyətdən sonra demoralizə olunub və artıq müharibədən bezib. Revanşistlər bütün qüvvələrini səfərbər etsələr də, xaricdən ciddi dəstək alsalar da, iflasa uğradılar və Ermənistanın siyasi arenasında tam küncə sıxışdırıldılar. Artıq onların heç bir siyasi perspektivi yoxdur;
Seçkilərin nəticələri həm də Qərbin qələbəsi deməkdir. N.Paşinyanın Qərblə ciddi bağlantılarının olduğu, Soros Fondunun diqtəsi ilə hərəkət etdiyi təsdiq olunmuş məsələdir. Bu seçkilər eyni zamanda, Rusiyanın Ermənistandakı məğlubiyyətidir.
Rusiya R.Koçaryana hər cür dəstək göstərsə, belə onu hakimiyyətə qayrata bilmədi. Sirr deyil ki, seçki ərəfəsində Rusiya mediası qapılarını “Ermənistan” blokuna geniş açılmışdı və ona hərtərəfli dəstək verirdi. Həmin dövrdə Rusiya mediasında anti-Azərbaycan ritorikasının güclənməsi də məhz bunun nəticəsi idi. Lakin bütün cəhdlərə baxmayaraq, bu, nəticə vermədi.
İndi Ermənistan hakimiyyəti üçün yeganə çıxış yolu yeni reallığı qəbul etmək, əməkdaşlıq imkanlarını itirməməkdir. Qarşıdan gələn dövrdə Ermənistan hakimiyyəti konstruktiv mövqe nümayiş etdirərsə, artıq formalaşmış yeni geosiyasi reallığın yaratdığı imkanlardan Ermənistan da bəhrələnə və dinc həyatını qura bilər. Seçki göstərdi ki, erməni xalqı da bunu istəyir.
Asif Nərimanlı
-
İdman20:24
Arda Gülerin yeni klubu AÇIQLANDI
-
Sosial20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...