Nida Təhlil
"Qarabağ torpaqları cənnətə çevriləcək" - Azər Badamov
"Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü zamanı Böyük Qələbənin əldə etməsi üçün keçdiyimiz tarixi yola bir daha nəzər saldı, həm də qələbədən sonra yaranmış yeni reallıqda ordunun qarşısında duran yeni vəzifələri müəyyənləşdirdi. Ölkə başçısı Ermənistanın gələcəyini necə qurmalı olduğu haqqında qarşı tərəfə də mesajlarını çatdırdı".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Millət vəkili bildirib ki, əldə etdiyimiz qələbə diplomatiyamızın, milli qürurun, ləyaqətin, ədalətin, milli birlik və həmrəyliyin, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik və məharətinin qələbəsi olub:
"Qələbədən sonrakı dövr də uzun illər dövlətimizin uzaqgörən siyasətilə əldə olunmuş iqtisadi gücü sayəsində yenidənqurma və bərpa işlərinin sürətlə həyata keçirilməsinə imkan verir. Əsasən müharibəni aparmış ölkələrin azad olunmuş ərazilərin bərpası üçün iqtisadi güc yığması müəyyən zaman alır, ya da xarici maliyyə qurumlarından asılı vəziyyətə düşür. Azərbaycan isə heç kimdən asılı olmadan ancaq öz iqtisadi gücü ilə müharibədən sonra yola saldığı 7 ay ərzində işğaldan azad olunmuş ərazilərdə gecə-gündüz çalışraq qolobal layihələrə start verib. Bu layihələrin önündə infrastruktur layihələrin yenidən qurulması dayanır. İşğaldan azad olunmuş ərazilərimizin 4 Lüksemburq həcmində olduğuna diqqət yetirsək, bu ərazilərin bərpasına nə qədər vəsaitin lazım olduğunu təsəvvür etmək mümkündür".
Millət vəkili söyləyib ki, azad olunmuş ərazilərin hər bir istiqamətində dünya standartlarına uyğun avtomobil yolları çəkilir, enerji ötürmə xətləri yenidən inşa olunur, o cümlədən yeni yarımstansiyalar istifadəyə verilir:
"Sərhədə qədər dəmir yolunun çəkilməsinə başlanılıb. Üç beynəlxalq aeroportun tikintisi planlaşdırıb və Füzuli aeroportunun bu il istifadəyə verilməsi nəzərdə tutulur. İşğaldan azad olunmuş ərazilərimiz yaşıl enerji zonası elan olunmuş, bu ərazilərdə yeni su elektrik stansiyaları, o cümlədən bərpa olunan enerji stansiyaları tikilməkdədir. "Ağıllı şəhər"və "ağıllı kənd" layihələrinin həyata keçirilməsinə başlanılıb. Zəngilan rayonun Ağalı kəndinin bu layihə çərçivəsinə inşası davam edir. Ağdam şəhərinin Baş Planı hazırlanaraq təsdiq olunub və şəhərin yenidən qurulmasına start verilib. Mədəniyyət paytaxtımız Şuşanın Baş Planı hazırlanıb və bu şəhər də yüksək səviyyədə tarixi və miili dəyərləri özündə saxlamaqla bərpa olunur. İşğaldan azad olunmuş bütün ərazilərimizin minalardan təmizlənməsi işləri aparılır. Qeyd etdiyim işlər işğaldan azad olunmuş ərazilərimizdə icra olunan layihələrin bir hissəsidir".
Azər Badamovun fikrincə,əgər biz yola saldığımız illər ərzində bu günə hazır olmasaydıq, bu gün heç bir iş görə bilməzdik:
"Prezident İlham Əliyev hər zaman deyirdi ki, biz ərazilərimizdə ikinci erməni dövlətinin qurulmasına heç vaxt imkan verməyəcəyik. Təbii ki, bu, belə də oldu. Ölkəmizin ərazi bütövlüyü təmin olunub. Bu gün azad olunmuş ərazilərimzidə icra olunan işlər onu deməyə imkan verir ki, Qarabağ torpaqları cənnətə çevriləcək. 30 ilə yaxın əziyyət çəkən qaçqın və köçkünlərimiz öz doğma yurdlarına tezliklə qayıdaraq layiqli həyat yaşayacaqlar. Bütün bu uğurlara imza atmağımızın əsasında Prezident İlham Əliyevin nəyin necə, nə vaxt lazım olduğunu yaxşı bilməsi dayanır. Bütün işlər müəyyən olunmuş proqram və qrafik üzrə aparılır. Nəzərdə tutulmuş vaxtda da qaçqınlarımız öz doğma yurdlarına mərhələli şəkildə qayıdaraq firavan həyat quracaqlar. Azərbaycan Respublikası güclüdür, qalibdir və Prezident İlham Əliyevin rəhbərliyi altında gələcəyə doğru inamla irəliləyir".
Tural Turan
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz