Nida Təhlil
Bu, daim dövlətimizin diqqət mərkəzindədir
Son illərdə hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi ilə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə əlverişli şərait yaratmışdır. Yeni hərbi hissələrin yaradılması və ya əsaslı şəkildə yenidən qurulması, həmçinin hərbçilərimizin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində atılan addımlar əsgər və zabitlərimizin döyüş ruhunu daha da artırmışdır.
Publika.az xəbər verir ki, bu fikirləri ölkəmizdə hərbçilərə göstərilən diqqət və qayğıdan danışarkən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Ç.Qənizadə deyib ki, ümumiyyətlə, Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi və qorunub saxlanması həmişə dövlətimizin prioritet vəzifələrindən olub. Ölkənin hərbi qüdrətinin artırılması, hərbi-sənaye kompleksinin inkişaf etdirilməsi, silahlı qüvvələrin döyüş qabiliyyətinin gücləndirilməsi və mənəvi-psixoloji vəziyyətinin daha da yüksəldilməsi torpaqlarımızın işğaldan azad edilməsində mühüm rol oynayıb.
Hüquq müdafiəçisi xatırladıb ki, 1993-cü ilin ikinci yarısından başlayaraq ölkəmizin iqtisadi qüdrətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər respublikamızın hərbi gücünün artırılması istiqamətində ardıcıl və mühüm işlər görülməsinə imkan yaratmışdır. Həmin vaxtdan başlayaraq, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində tədbirlər uğurla davam etdirilib. Hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əsaslı işlər görüldü, mühüm əhəmiyyətli qərarlar qəbul olunub.
Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizin müdafiə potensialının möhkəmləndirilməsi və ordumuzun maddi-texniki bazasının müasirləşdirilməsinin prioritet vəzifə kimi qarşıya qoyulduğunu diqqətə çatdıran Ç.Qənizadə bildirib ki, bu sahədə tarixi əhəmiyyətli işlərin görülməsi Silahlı Qüvvələrimizi dünyanın 50 ən güclü ordu sıralarına qoşub. O deyib: “Ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən əsgər və zabitlərin xidmət şəraitinin müasirləşdirilməsi ilə yanaşı, hər cür infrastrukturu olan hərbi şəhərciklərin yaradılması , hərbi qulluqçuların sosial məsələlərinin həlli, onların əməkhaqlarının davamlı olaraq artırılması təsdiqləyir ki, dövlətimizin başçısı bu sahənin inkişaf etdirilməsini ən ümdə vəzifə kimi daim diqqət mərkəzində saxlayıb”.
Ç.Qənizadə qeyd edib ki, hərbçilərə verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, qarşılaşdıqları problemlərin həlli həyatını Vətəni müdafiə etmək kimi şərəfli vəzifəyə həsr edən hərbi qulluqçuların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını bir daha sübuta yetirir. Silahlı Qüvvələrdə 20 il və daha çox qüsursuz xidmət etmiş 1279 hərbi qulluqçuya Prezidentin fərmanı ilə indiyədək dövlət tərəfindən Bakıda 629, Gəncədə 632, Naxçıvanda 18 mənzil verilib. Bütün bunlar təsdiqləyir ki, ordu quruculuğu prosesində əlbəttə ki, hərbçilərin sosial müdafiəsi, onların mənzil-məişət problemlərinin həlli, xidmət şəraitinin yaxşılaşdırılması xüsusi yer tutur.
Son illərdə əsgər və zabitlərimizin xidmət şəraitinin böyük dərəcədə yaxşılaşdığını deyən hüquq müdafiəçisi dedi: “Bu gün bizim hərbi şəhərciklərimizin, hərbi hissələrimizin, hərbi bazalarımızın təxminən 75-80 faizi beynəlxalq standartlara tam cavab verir. Hərbçilərimizin sosial müdafiəsinin daha da gücləndirilməsi dövlət başçımızın qarşıya qoduğu prioritet vəzifədir. Prezidentin “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” Sərəncamı Silahlı Qüvvələrin Ali Baş Komandanının və dövlətin hərbçilərə diqqət və qayğısının növbəti nümunəsidir”.
Sərəncama əsasən, işğaldan azad olunmuş ərazilərdə Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin əlavəsi hərbi qulluqçuların aylıq vəzifə maaşlarının 20–60 faizi həcmində nəzərdə tutulub. – Dövlət başçımızın sərəncamı ilə iyunun 24-də 76 mindən artıq hərbçinin orden və medallarla təltif olunması, iyunun 25-də isə onlara maaşlarına 20-60 faizi həcmində əlavələri nəzərdə tutan sərəncamın imzalanmasının bu sahədə çalışanlara diqqət və qayğının bariz nümunəsidir.
Bu Sərəncamın hərbçilərin sosial-məişət şəraitini daha da yaxşılaşdıracağına, şəxsi heyətin mənəvi-psixoloji durumunun yüksəlməsinə çox böyük təkan verəcəyinə əminliyini bildirən Ç.Qənizadə deuyib: “Təbii ki, hərbi qulluqçular üçün ilk sırada Vətənə xidmət, onu qorumaq dayanır. Bu Sərəncam əsgər və zabitlərin üzərinə düşən məsuliyyəti daha da artıracaq”.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO