Nida Təhlil
Bu, ölkəyə investisiya axınını gücləndirəcək - Şərh
Azad iqtisadi zonanı yaratmaq üçün müəyyən potensial olmalıdır. Bu layihəni həyata keçirən ölkə investisiya axınını gücləndirməlidir. Azərbaycan tək Ələtdə deyil, digər regionlarda da bu cür azad iqtisadi zonalar yarada bilər.
Bunu Publika.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Əli Əlirzayev deyib.
Professor qeyd edib ki, azad iqtisadi zonaların yaradılması Azərbaycan iqtisadiyyatının mühüm istiqamətlərindən biridir: “Bu cür layihələrin Azərbaycan üçün xeyri ondan ibarətdir ki, investisiya axını təmin olunacaq. Azad iqtisadi zonada əsas şərtlərdən biri də vergi amilini tənzimləməkdir. Yəni müəyyən mənada vergilərin ləğv olunması deməkdir. Burada əsas məqsədlərdən biri də keyfiyyətli məhsul istehsal edib dünya bazarına ixrac etməkdir. Ölkəmiz üçün bu cür layihələrin həyata keçirilməsinin böyük əhəmiyyəti var”.
Ə.Əlirzayev vurğulayıb ki, Azərbaycan həm neft sektorunda, həm də qeyri-neft sektorunda uğurlu layihələr həyata keçirir: “Ölkəmizin əsas məqsədlərindən biri qeyri-neft sektorunu inkişaf etdirməkdir. Möhtərəm Prezidentimiz də çıxışında qeyd etdi ki, ümumi daxili məhsulda neft sektorunun payının az olmasına baxmayaraq, iqtisadiyyat potensialında çoxdur. Biz iqtisadiyyatımızı inkişaf etdirməliyik. Bunu da yalnız neft sektoru ilə deyil, qeyri-neft sektoru ilə də həyata keçirməliyik. Biz digər sahələrə önəm verdikcə iqtisadiyyatımız da inkişaf edəcək. Həm daxili tələbatımızı ödəmək, həm də xarici bazarlara məhsullarımızı ixrac etmək bizim üçün əhəmiyyət kəsb edir”.
Rahib Ələsgərli
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi






.jpg)






.jpg)





















.jpg)
.jpg)