Nida Təhlil
Bu, çox mühüm layihədir - Asim Mollazadə
“Ələt Azad İqtisadi Zonasının yaradılması Azərbaycan iqtisadiyyatının çox sürətlə canlanıb inkişaf etməyinə xidmət edəcək”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib. Deputat bildirib ki, Ələt Azad İqtisadi Zonası həm xarici investisiyaların artması, həm də yeni iş yerlərinin açılması nöqteyi-nəzərdən Azərbaycan vətəndaşlarının rifahına öz müsbət təsirini göstərəcək:
“Ən əsas məsələ ondan ibarətdir ki, bu iqtisadi zona Azərbaycanın yaratdığı nəqliyyat qovşağı sistemi üçün böyük imkanlar açacaq. Yəni Ələt İqtisadi Zonası xarici sərmayə cəlb etməklə bölgədə bir növ nəqliyyat habı, nəqliyyat sistemi formalaşdıracaq.
Hətta coğrafi baxımdan Azərbaycandan uzaq olan ölkələr bu zonadan istifadə edərək öz ticarət dövriyyəsini artıracaq. Bu, bir çox ölkələr üçün cazibədar layihədir. Avropa İttifaqı ölkələri, Amerika Birləşmiş Ştatları, Çin və təbii ki, regionda Azərbaycana yaxın olan dövlətlər, qonşu ölkələr də bu zonanın açılması nəticəsində öz ticari dövriyyəsini, imkanlarını kifayət qədər sürətlə artıra biləcəklər. Ona görə də Ələt Azad İqtisadi Zonası çox mühüm layihədir. Mən əminəm ki, bu layihə Azərbaycandakı iqtisadi islahatlara öz müsbət təsirini göstərəcək. Bu da qeyri-neft sektorunun inkişafı üçün çox mühüm bir sistemdir”.
Tural Turan
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi






.jpg)






.jpg)





















.jpg)
.jpg)