Nida Təhlil
Azərbaycanın anti-terror əməliyyatı keçirməsi labüddür - Deputat
“Prezident İlham Əliyev Kəlbəcər və Laçına səfəri zamanı çox dəyərli mesajlar verdi. Bu gün Ermənistan dövlətinin yerləşdiyi ərazi tarixi Azərbaycan torpağıdır”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Deputat vurğulayıb ki, Qərbi Zəngəzur, Basakeçər və digər ərazilər də bizim torpaqlarımızdır: “Prezident İlham Əliyev də qeyd etdi ki, biz harada lazımdırsa, orada da dayanırıq. Ermənilər özlərini yığışdırmalıdırlar. Onlar 100 il əvvəl işğal etdikləri torpaqlarla kifayətlənməsə, Azərbaycan Ordusu onlara sərt cavab verəcək. Həmin ərazilərlin adlarıyla bağlı İlham Əliyev çox ciddi mesajlar verdi və bildirdi ki, biz öz ərazimizdəyik. Bizim heç kəsin torpağında gözümüz yoxdur, sadəcə öz sərhəddimizi bərpa etmişik. Ermənistan tərəfi olanlardan nəticə çıxarmalı və təxribatlardan əl çəkməlidir”.
E.Məmmədov qeyd edib ki, anti-terror əməliyyatının keçirilməsi labüddür: “Azərbaycan ərazisində separatçı qurum hələ də mövcudluğunu davam etdirir. Həmin terrorçu dəstələr ərazimizdən tam çıxarılmayıb. 10 noyabr üçtərəfli razılaşmaya əsasən ermənilərin çıxarılması rus sülhməramlılarının öhdəliyində idi, ancaq hələ də vəzifələrini tam yerinə yetirməyiblər. Sülhməramlıların gözü qarşısında erməni dəstələri təxribatlar törədir. Onlar bu regionda sabitliyi pozurlar və bu bizim üçün təhlükədir. Azərbaycan beynəlxalq hüquqa və öz konstitusiyasına uyğun olaraq ərazisində olan silahlı birləşmələrə qarşı anti-terror əməliyyatı keçirə bilər”.
Rahib Ələsgərov
-
Dünya09:28Rusiya sərhədi vurdu: Keçid məntəqəsində yanğın başladı
-
Sosial08:37Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər
-
Pul07:55Azərbaycanda çoxunun evində var: atmayın, 250 manata alırlar - Foto
-
İdman07:15İldə 30 milyon qazanır, amma xoşbəxt deyil: Səbəbini açıqladı
-
Dünya06:16İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər olacaq
-
Kriminal24 Avqust 23:00Canlı yayımda söyüş söydü, həbs edildi
-
Elm və təhsil24 Avqust 22:04Ana və iki övladı eyni vaxtda tələbə oldu - Foto
















.jpg)
.jpg)



.jpg)

.jpg)









.jpg)


