Nida Təhlil
Azərbaycan-Özbəkistan müttəfiqliyi: Türk Birliyi güclənir
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində verdiyi mesajlar Bakı-Daşkənd xəttində münasibətlərin səviyyəsi, o cümlədən, ikitərəfli əlaqələrin Türk dünyası və Cənubi Qafqaz-Mərkəzi Asiya regionlarının gələcəyi baxımından nə qədər əhəmiyyətli olduğunu özündə əks etdirir.
Azərbaycan-Özbəkistan strateji müttəfiqliyi
İki qardaş ölkə arasında münasibətlər hər zaman müsbət olub, son dövrlər isə bu, yüksələn xətlə inkişaf edir. Bunun başlıca səbəblərindən biri də liderlərin – Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin dostluq və qardaşlıq münasibətləridir. Liderlərin siyasi iradəsi ikitərəfli münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldib. 2023-cü ildə təsis edilmiş Ali Dövlətlərarası Şura münasibətlərin dərinləşməsinə və müttəfiqlik mərhələsinə keçidə mühüm töhfə verib. 2024-cü və 2025-ci ildə iki ölkə liderlərinin qarşılıqlı səfərləri zamanı imzalanan “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” müttəfiqliyi rəsmiləşdirdi.
Prezident İlham Əliyev qeyd edib ki, bu gün siyasi münasibətlərimiz iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə genişmiqyaslı əməkdaşlıq tədbirləri ilə daha da zənginləşir: “Həyata keçirilən layihələr ölkələrimizin iqtisadi potensialını birləşdirməklə yanaşı, xalqlarımız arasında dostluq və qardaşlıq bağlarını daha da möhkəmləndirir”.
Siyasi müttəfiqliyin iqtisadi bəhrələri
Azərbaycan və Özbəkistan iqtisadi əlaqələri də dərinləşir. İki ölkə arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. 2026-cı ilin yanvar-may aylarında isə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb. İqtisadi əlaqələrin inkişafında Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti mühüm rol oynayır. İndiyə qədər komissiyanın 15 iclası keçirilib.
İki ölkə arasında enerji sektorunda da fəal əməkdaşlıq mövcuddur. Özbəkistanın OZLITINEFTGAZ institutu və “SOCAR NIPI Nefteqaz”ın bazasında yaradılan “Neftegaztexnologiya” birgə müəssisəsi 2016-cı ildən bəri neft-qaz sahəsində uğurla fəaliyyət göstərir. 2024-cü ildə yaradılan SOCAR və “Özbəknefteqaz” SC arasında birgə müəssisə olan “Turan Energy AFEZCO” “Azərikimya” İstehsalat Birliyi tərəfindən istehsal olunan yüksəktəzyiqli polietilenin Özbəkistana ixracını həyata keçirir. 2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq energetika idarələri tərəfindən Bakıda “Yaşıl Dəhliz Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub. İki ölkə arasında tranzit daşımalarında artım müşahidə olunur. 2025-ci ildə daşımaların həcmi 6,7 faiz artıb və 1,4 milyon tona çatıb. Bu ilin yanvar-iyun aylarında da 12,2 faizlik artım qeydə alınıb və həmin göstərici 675 min ton təşkil edib.
Özbəkistan Azərbaycanın azad olunmuş ərazilərinə də xüsusi maraq göstərir. Füzuli rayonunda “Dostluq bağı” adlandırılan 100 hektarlıq nar bağının salınmasını, həmçinin “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalı sahəsində əməkdaşlığı bu istiqamətdə xüsusi qeyd etmək olar. 2026-cı il iyulun 13-nə olan məlumata görə, ümumilikdə “Chevrolet” markalı 10 min 720 avtomobil və “Isuzu” markalı 275 avtobus istehsal edilib.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları bir-birini tamamlayır və yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır: “Biz Azərbaycan şirkətlərinin Özbəkistanda və özbək şirkətlərinin Azərbaycanda daha fəal iştirakını, həmçinin birgə istehsal və investisiya layihələrinin sayının artmasını dəstəkləyirik. Azərbaycan da Özbəkistanda investisiya layihələri həyata keçirir. Bu layihələr arasında “PASHA Holding” tərəfindən “The Ritz-Carlton” brendi altında Daşkənddə inşa edilən hotel və yaşayış kompleksini, həmçinin Daşkənd vilayətində “Sea Breeze Uzbekistan” böyük turizm və yaşayış kompleksini qeyd etmək olar. Əminəm ki, qarşılıqlı faydaya əsaslanan iqtisadi tərəfdaşlığımız bundan sonra da uğurla inkişaf edəcək, yeni təşəbbüslərlə zənginləşəcək və Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətlərinin mühüm sütunlarından biri kimi xalqlarımızın rifahına xidmət edəcək”.
İki strateji regionun birləşməsi və Türk dünyasının gələcəyi
Azərbaycan-Özbəkistan münasibətləri təkcə ikitərəfli əlaqələr yox, həm də Türk Dövlətləri Təşkilatının (TDT) gələcəyi baxımından da müstəsna əhəmiyyətə malikdir. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və Özbəkistan TDT-ni təkcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlik kimi dəyərləndirir.
“Azərbaycanın və Özbəkistanın TDT daxilində siyasi dialoqun, iqtisadi əlaqələrin, nəqliyyat və logistika imkanlarının, təhsil, elm və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafına verdikləri töhfə Türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada mövqeyi ölkələrimizi Şərqlə Qərbi birləşdirən mühüm strateji marşrutlarda təbii tərəfdaşlara çevirir. Bu baxımdan, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası bütün region üçün yeni iqtisadi və tranzit imkanları yaradacaq. Azərbaycan ilə Özbəkistanın ortaq türk irsinin qorunması və təşviqi istiqamətində həyata keçirdikləri təşəbbüslər bu böyük mənəvi irsin gələcək nəsillərə ötürülməsi baxımından misilsiz əhəmiyyətə malikdir”, - deyə Prezident bildirib.
İki ölkə arasındakı münasibətlər Cənubi Qafqaz-Mərkəzi Asiya coğrafiyalarının yaxınlaşması və bu coğrafiyadan keçən nəqliyyat dəhlizlərinin – Orta dəhlizin perspektivlərinin güclənməsi baxımından da əhəmiyyətlidir.
Müəllif: Asif
-
ABŞ17:02ABŞ-İsrail ittifaqında çatlar: Tramp Netanyahudan üz döndərir?
-
Rəsmi xronika15:56Prezident fərman imzaladı
-
ABŞ15:54İran ABŞ-ın ən həssas nöqtəsini hədəfə aldı - Siyahıda nəhəng şirkətlər var
-
Rəsmi xronika13:49Özbəkistanlıların Azərbaycana axını: Prezident rəqəmləri açıqladı
-
Yaxın Şərq13:26İsrail Türkiyəyə qarşı hərəkətə keçdi: Suriyada təhlükəli qarşıdurma
-
Nəqliyyat10:25Bu marşrutun hərəkət sxemi dəyişdirildi
-
ABŞ09:43Tramp meydan oxudu: İran böhranı bu ölkə ilə savaşa səbəb olacaq
-
Sosial08:36Bakı və Sumqayıtın bir sıra əraziləri işıqsız qalacaq









.jpg)


























