Nida Təhlil
Beynəlxalq qurumlar ermənilərin əsirlərlə vəhşi davranmasına göz yumur - Zülfüqarov
“Ermənilər əsir düşmüş, girov götürülmüş mülki Azərbaycan vətəndaşlarına qarşı vəhşicəsinə davranıblar. Amma beynəlxalq ictimaiyət ermənilərin etdiyi hərəkətləri görmək istəmir”.
Bunu Publika.az-a açıqlamasında keçmiş Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
Politoloq qeyd edib ki, beynəlxalq qurumlar ermənilərin əsirlərlə vəhşi davranmasına göz yumur: “Mən özüm də bu işlərdə iştirak etmişəm. Biz 1994-cü ildə baş tutan danışıqlarda məsələ qaldırdıq ki, axırıncı əsirlər də buraxılsın. Avqust ayında 28 qadın və uşaqları 4 nəfərin qarşılığında dəyişdilər. Azərbaycan tərəfi hər zaman çalışıb ki, bu mözvunu gündəmdə saxlasın. Ancaq o vaxtı Azərbaycan indiki gücünə sahib deyildi. O zaman təsir imkanlarımız çoxda geniş deyildi və yalnız siyasi təzyiq göstərə bilirdik”.
T.Zülfüqarov vurğulayıb ki, bu məsələlərlə məşğul olan Qırmızı Xaç komitəsi siyasi bəyanatlardan uzaqdırlar: “Onların iş üslublarına və nizamnamələrinə nəzər yetirəndə bu məsələ özünü daha da aydın göstərir. Çünki onlar hansısa şəkildə kiminsə xeyrinə bir bəyanat versələr, hər iki tərəfə təsir etmə imkanları azalacaq. Strateji cəhətdən buna yanaşsaq, onları başa düşmək olar. Çünki Qırmızı Xaç komitəsi öz işlərini stabil görürlər. Bu yeganə təşkilatdır ki, belə məsələlərlə məşğul olur. Azərbaycan hökuməti Qırmızı Xaç komitəsi qarşısında bu cür məsələləri qaldırmışdır. Ancaq beynəlxalq qurumlar Ermənistanın çirkin davranışlarıyla bağlı təzyiq göstərməyiblər”.
Rahib Ələsgərov
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi






.jpg)









.jpg)



















.jpg)
.jpg)