Nida Təhlil
Qarabağ intibah dövrünü yaşayır - Tofiq Abbasov
İlham Əliyev Füzuli və Şuşadə səfərdə olarkən bir sıra mesajlar verdi. Bu mesajların əsas mənası ondan ibarətdir ki, Qarabağ Azərbaycana birdəfəlik qayıdıb.
Bunu Publika.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Politoloq qeyd edib ki, bundan sonra Ermənistanın hər hansı bir ərazi iddiası təşəkkül tapmayacaq: “Əgər onlar Azərbaycan torpağına müdəxilə etmək istəsə, məhv ediləcək. Çünki bu məsələ haqqında Ermənistana xəbərdarlıq edilib. Azad olunmuş ərazilərdə hava limanı tikilməsi Bakı ilə Qarabağ arasında əlaqəni daha da inkişaf etdirmək məqsədi güdür. Yəni vətəndaşlarımız Qarabağın istənilən yerinə hava nəqliyyatı vasitəsilə rahatlıqla gedə biləcək. Bu hava limanları istər təsərrüfat, istərsə də hərbi malların daşınmasında böyük rol oyanayacaq. Ermənistan baş verən son proseslərdən özlərinə nəticə çıxarmalıdır. Çünki onlar 44 günlük Vətən müharibəsində məğlub olmaqlarını qəbul etmək istəmirlər. Həm deyirlər ki, Azərbaycanla danışıqlar aparmağa hazırıq, həm də sərhəddə təxribatlar törədirlər. Yəni onların əməlləri sözləri ilə üst-üstə düşmür”.
T.Abassov vurğulayıb ki, İlham Əliyev tək Ermənistana deyil, onun havadarlarına da xəbərdarlıq edib: “Onlar Ermənistanı təhrik edərək münaqişə yaratmaq istəyirlər. Əgər ermənilərin ağlı olsa həmin qüvvələrin sözü ilə hərəkət etməz. Ancaq onlar hərzamankı kimi kənar qüvvələrin təhriki ilə təxribatlar törədirlər. Bununla da bir daha göstərirlər ki, onlar müstəqil bir siyasət yeridə bilmir. Ermənistanın tək istəyi bölgədə gərginliyi artırmaqdır, ancaq Azərbaycan buna imkan verməyəcək. Ermənilər torpaqlarımızı işğal edərək Ermənistanla Qarabağ arasında əlaqə yaratmaq istəyirdilər. Onlar müharibədən əvvəl sərsəm şərtlər irəli sürərək danışıqlara hazır olduqlarını deyirdilər. Ancaq ermənilərin bütün o cəhdləri boşa çıxdı və Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Biz bir daha onlara göstərdik ki, Qarabağ Azərbaycanın torpağıdır. Bu ərazi haqqında qərarları yalnız Azərbaycan verə bilər. Bizim xalqımız əsrlər boyu bu ərazidə yaşayıblar. Torpaqlarımız azad olunduqdan sonra Qarabağ intibah dövrünü yaşayır. Ermənilər düşünür ki, yenidən statusu bərpa etsinlər, ancaq bu mümkün deyil. Bununlada Azərbaycan Ermənistanın işğalçı siyasətinə son qoydu. Əgər yenidən onlar torpaqlarımıza göz diksə, biz ermənilərin başını əzəcəyik. Qarabağda aparılan infrastruktur işləri xalqımızın rifahının artmasına xidmət edəcək”.
Rahib Ələsgərov
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO




















.jpg)
















.jpg)


