Nida Təhlil
Bu, dünya üçün bir presedent oldu - Politoloq
Rusiyada parlament seçkiləri başa çatdı. Hakim partiya qələbə qazanaraq Konstitusiya çoxluğu əldə etdi. Diqqətçəkən məqamlardan bəzilərini qeyd edirəm: Navalnının “Ağıllı səsvermə” təklifi kiçik partiyaların səsləri parçalamasının qarşısını aldı və Züqanov 1996-cı ildən bu yana ilk dəfə bu qədər çox səs əldə etdi.
Publika.az xəbər verir ki, bu sözləri Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib. Politoloq qeyd edib ki, Rusiyadakı parlament seçkilərindəki “ağıllı səsvermə” taktikası bütün dünya üçün bir presedent oldu:
“Digər tərəfdən, Rusiya Kommunist Partiyasının (KPRF) 20% civarında səs toplamasının digər səbəbləri - onların məcburi vaksinasiya əleyhinə çıxmaları (Levada sorğu mərkəzinin hesabatına görə, bu gün Rusiyada vətəndaşların 50 faizi məcburi vaksinasiyanın əleyhinədir) və pensiya yaşı ilə bağlı qanunun əleyhinə çıxmaları oldu. Öz növbəsində, parlamentə son 20 ildə ilk dəfədir ki, beşinci partiya daxil oldu - “Yeni insanlar”. Burada da maraqlı texnologiyadan istifadə edilib. “Faberlic” kosmetika şirkətinin regionlardakı filialları, vergilərin vahid halda yığılması ilə bağlı bəyanatları, partiyanın adındakı cəlbedicilik uğurlarında əhəmiyyətli rol oynadı”.
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
















.jpg)
.jpg)



















