Nida Təhlil
Azərbaycan Ordusu Ermənistana elə bir zərbə vurub ki... - Deputat
“Biz uzun illərdir ki, Türkiyə ilə birlikdə hərbi təlimlərə üstünlük veririk. Bu təlimlər Azərbaycan Ordusunun gücünün artmasına gətirib çıxardı. Bu gün Azərbaycan İkinci Qarabağ döyüşlərində qalib gəlməsinə və regionda diktə edən dövlət olmasına baxmayaraq, öz ordusunun gücünü, səriştəsini, qabiliyyətini daha da artırmaq məqsədilə Türkiyə ilə birgə təlimlərə üstünlük verir. Məhz bu səbəbdən də Naxçıvanda keçirilən təlimlər birbaşa bu məqsədə xidmət edir. Bundan öncə də Azərbaycan Türkiyə ilə Laçında və Xəzər dənizində, eləcə də havada bir sıra təlimlər gerçəkləşdirdi. Bütün bunlarla yanaşı, Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlıları birgə hərbi təlimlər keçirdilər. Bütün bu təlimlərin əsas məqsədi Azərbaycan Ordusunun gücünü və potensialını daha da artırmaqdan ibarətdir. Qardaş ölkənin hərbçiləri ilə birlikdə əməliyyatlar keçirmək üçün hazırlıq səviyyəsini yoxlamaqdır. Birgə baş tutacaq istənilən əməliyyatlarda birgə uğurlu iştirakın təməllərini qoymaqdır”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Millət vəkili bildirib ki, bizim məqsədimiz, hədəfimiz ərazi bütövlüyümüzün və suverenliyimizin qorunmasıdır:
“Eyni zamanda Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsidir. Təəssüflər olsun ki, Naxçıvandakı təlimlərdən narahat olan qüvvələr var. Xüsusən də ermənilər və onların havadarları bu təlimlərdən narahat olurlar. Bu da normal qəbul edilməlidir. Çünki onlar tam olaraq reallığı qəbul etmək istəmirlər. Məhz Ermənistanın baş naziri Nikol Paşinyanın arada sərsəm açıqlamalarla çıxış etməsi bunu deməyə imkan verir ki, onlar 44 günlük müharibədə məğlub olsalar da, bu vəziyyətlə barışa bilmirər. Bu məğlub vəziyyəti öz xeyirlərinə dəyişmək istəyirlər. Ancaq Azərbaycan Ordusu Ermənistana elə bir zərbə vurub ki, onların yenidən özünə gəlməsi, ayağa durması və güc göstərməsi uzun illər tələb edir. Əgər onlar nəyəsə cəhd etsələr, öz müstəqilliklərini tamamilə sual altında qoya bilərlər. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla irəliləyir”.
Deputatın fikrincə, hazırda biz hərbi qələbəmizi siyasi qələbəyə çeviririk:
“Diplomatik masada istəklərimizi əldə etmək üçün çalışırıq. Düşünürəm ki, ən yaxın zamanda Ermənistan da haqq yoluna gələrək Azərbaycanla sülh danışıqlarına başlamaq qərarını verəcək. Azərbaycanın sərhədlərini və suverenliyini tanıyacaqlar. Azərbaycanla böyük sülh sazişinə onların da öz töhfələrini verəcəyinə ümid edirik. Nəticə etibarı ilə regionda uzunmüddətli sülh olacaq. Bu təlimlər isə ordunun hazırlıq səviyyəsini yoxlamaq və ordunu hazır vəziyyətdə saxlaya bilmək niyyətinə xidmət edəcək. Ümid edirik ki, regionumuzda yeni münaqişə baş verməyəcək. Hər kəs sülh içərisində yaşayacaq”.
Naqif Həmzəyevin sözlərinə görə, Birinci Qarabağ müharibəsindən sonra Azərbaycan Ordusunun yenidən qurulması, formalaşması və nizami ordu halına düşməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır:
“Daha sonra Azərbaycan iqtisadiyyatı artdıqca ordumuz daha da gücləndi. Ordumuzun müasir dövrün tələblərinə uyğun şəkildə formalaşdırılması və ən müasir texnikalarla, silahlarla təchiz edilməsi Prezident İlham Əliyevin istəyi, arzusu, uğurlu rəhbərliyi nəticəsində mümkün oldu. Hərbi quruculuq işi və ordunun güclənməsi siyasəti də birbaşa ölkə başçısının adı ilə bağlıdır. Azərbaycan İkinci Qarabağ müharibəsinə qədər öz Silahlı Qüvvələrinin dünyanın ən müasir orduları ilə rəqabətə girməsi üçün xüsusilə türk ordu sisteminin modelləri əsasında formalaşmasına üstünlük verdi. Döyüş hazırlığının, manevr təcrübəsinin artmasına birbaşa xidmət edən əsas cəhətlərdən biri də məhz qardaş Türkiyə ilə birgə keçirilmiş hərbi təlimlər oldu”.
Tural Turan
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO




































