Nida Təhlil
Ərdoğan və Putinin Soçi masası: Qarabağ, İdlib, S-400, Əfqanıstan... – DETALLAR
Sentyabrın 29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Federasiyasının rəhbəri Vladimir Putinin təkbətək görüş keçiriləcək. Görüşün keçirildiyi yer də məlumdur. Təkbətək görüş Soçidə, bağlı qapılar arxasında baş tutacaq.
Bəs görüşdə hansı məsələlər müzakirə olunacaq? Qarabağ məsələsi də müzakirə masasında yer alacaqmı?
Milli Məclisin deputatı Rasim Musabəyov Publika.az-a açıqlamasında deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla onun rusiyalı həmkarı Vladimir Putinin görüşünün əsas müzakirə mövzularının bir hissəsini Ankara artıq açıqlayıb.
Deputatın fikrincə, Soçidə ilk növbədə Suriya, İdlib məsələsi müzakirə ediləcək: “Bu, əsas məsələdir, orada hazırda gərginlik artıb. İdlibdə toqquşmaların olma ehtimalı gündən-günə daha da çoxalır. Türkiyə bölgəyə əlavə texnikalar gətirib. Bəşər Əsədin qoşunları da müəyyən hazırlıq içərisindədirlər. Türkiyə təyyarələri İdlib üzərində uçur. Düşünürəm ki, Türkiyə Əsəd rejimini hər an darmadağın etməyə hazırdır, amma Rusiya ilə toqquşma ehtimalı, ondan doğa biləcək fəsadlar bunu əngəlləyir. Çünki fəsadlar daha geniş ola bilər. Fikrimcə, bir nömrəli məsələ kimi bu problem masada olacaq. Məncə, Qarabağdakı son vəziyyət də mütləq şəkildə nəzərdən keçiriləcək. Baxmayaraq ki, Türkiyə üçtərəfli sazişin iştirakçısı deyildi, ancaq həm müharibə, həm də ondan sonrakı dövrdə Ankara bu proseslərdə çox fəal şəkildə iştirak edirdi. İndi Türkiyə Qarabağdakı monitorinq qrupunun tərkibində təmsil olunur".
Deputat müzakirə masasında olacağı ehtimal edilən digər məsələlərə də toxunub: "Türkiyənin müəyyən mənada qaz qıtlığı var. Ankara Moskvadan böyük miqdarda qaz alır. Bununla bağlı bəzi müqavilələrin vaxtı bitir. Bunun üçün də zaman lazımdır. Fərz edirəm ki, bu məsələ də nəzərdən keçiriləcək. Bundan başqa digər məsələlər də müzakirə oluna bilər. S-400 raketləri ilə bağlı məsələlər də var. Onun alınması texnologiyaların Rusiya tərəfindən verilməsi ilə birbaşa bağlıdır. Yəni, Moskva S-400 texnologiyalarını Ankaraya verməyə hazırdırmı?! Hazırdırsa, Türkiyə bu texnologiyaları alacaqmı?! Düşünürəm ki, Türkiyənin Rusiya ilə kifayət qədər gündəliyi var. Əfqanıstandakı vəziyyət də müzakirə oluna bilər. Aydındır ki, Rusiyanın da həmin bölgədə müttəfiqləri var. Eyni zamanda, Türkiyə Əfqanıstanın yerləşdiyi bölgədə böyük nüfuza sahibdir. Fikrimcə, bu kimi məsələlər Ərdoğan-Putin görüşündə nəzərdən keçiriləcək".
Tural Turan
-
Dünya08:12Dəhşətli anlar: təyyarənin qapısı uçuş zamanı qopdu
-
Hadisə08:00Bakı-Quba yolunda faciə - Sürücü həmkarının qatilinə çevrildi
-
Dünya07:47Anasının dəfn mərasimində məşhur model güllələndi
-
ABŞ04:14ABŞ və Venesuela diplomatik münasibətləri bərpa etdilər
-
MDB03:13Rusiya mediası Prezidentin İranın dron hücumu ilə bağlı bəyanatından yazır - Foto
-
Nida Xəbər 02:36İtaliyanın İrandakı səfirliyi Bakıdan fəaliyyət göstərəcək
-
Magazin100:30"Efirdə səviyyə o qədər aşağı düşüb ki, utanıram getməyə"
-
Qoroskop00:10Günün ulduz falı - Səmimiyyət ən böyük silahınız olacaq
























.jpg)




.jpg)






