Nida Təhlil
Prezidentin BMT-nin sessiyasındakı çıxışı dünyaya mesaj idi – Deputat
“Cənab Prezidentin BMT Baş Assambleyasının 76-cı sessiyasındakı nitqi sözün həqiqi mənasında möhtəşəm bir çıxış idi. Bu çıxışı həm dünya dövlətlərinə, həm də Ermənistanın özünə bir ismarış kimi qiymətləndirmək mümkündür”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, professor Ziyafət Əsgərov deyib. Millət vəkili bildirib ki, ölkə başçısının çıxışında Ermənistana olan mesaj xüsusi vurğulanmalıdır:
“Cənab Prezident bildirdi ki, biz həmişə sülhə hazır olmuşuq. Amma bundan əvvəl Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Çünki Qarabağ Azərbaycanın ərazisidir. İlk növbədə delimitasiya və demarkasiya məsələləri öz həllini tapmalıdır. Eyni zamanda qeyd etmək istəyirəm ki, Ermənistanın Azərbaycanın tərkib hissəsi olan Qarabağda təxribatçı hərəkətlərinə son qoyulmalıdır. 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatda göstərilir ki, Ermənistan qoşunları Qarabağdan çıxarılmalıdır. Çox təəssüf edirəm ki, bu günə qədər təxribatçı qeyri-qanuni birləşmələr hələ də Qarabağdan çıxarılmayıb”.
Deputatın fikrincə, bu da 10 noyabr üçtərəfli bəyanatın müddəalarının pozulması deməkdir:
“Bir məsələni də qeyd etmək istərdim, cənab Prezident çıxışında çox gözəl fikir səsləndirdi. Ölkə başçısı bildirdi ki, əgər Ermənistan bundan sonra da Azərbaycana qarşı hər hansı təxribatçı hərəkətlər törətsə, o zaman Azərbaycan öz legitim hüququndan istifadə edərək həmin təxribatları cavabsız qoymayacaq”.
Tural Turan
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)


























.jpg)
.jpg)

