Nida Təhlil
Ermənistan bu məsələni ləngidir – Deputat
“BMT Baş Assambleyasının növbəti iclasında Prezident İlham Əliyev çox geniş nitq söylədi. Ümumilikdə bu çıxışda çox vacib mesajlar, yeni çağırışlar öz əksini tapdı. Ölkə başçısı Ermənistanın xalqımıza, Azərbaycan dövlətinə qarşı yenə də terror aktlarını gerçəkləşdirdiyini bütün dünyanın diqqətinə çatdırdı”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. Millət vəkilinin sözlərinə görə, Prezident bildirdi ki, Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi qələbədən sonra ədaləti və ərazi bütövlüyünü bərpa etdi:
“Azərbaycan məcbur etdi ki, düşmən kapitulyasiya aktına imza atsın. Bütün beynəlxalq konvensiyalara, o cümlədən 10 noyabr 2020-ci ildə imzalanan bəyanata uyğun olaraq Ermənistan Azərbaycana mina xəritələrini təqdim etməlidir. Prezidentin çıxışında bu məsələ xüsusi qeyd olundu. Təəssüf ki, bu günə qədər Ermənistan mina xəritələrinin verilməsi məsələsini ləngidir. Eyni zamanda bununla da xalqımıza qarşı terror, faşizm, separatçılıq və vəhşi siyasətini davam etdirməyə çalışır”.
Deputatın fikrincə, beləliklə Ermənistan sülhü, əmin-amanlığı qorumağa deyil, yeni münaqişələrin alovlanmasına cəhd göstərir və xalqımıza qarşı nifrəti, Azərbaycanofobiyanı davam etdirir:
“Təbii ki, cənab Prezidentin bu çağırışı bütövlükdə beynəlxalq təşkilatlar qarşısında vacib mesajdır. Düşünürəm ki, bu çağırış Ermənistana təsir göstərilməsi üçün yetərincə böyük faktdır. Əgər Ermənistana təsir göstərilməsə, rəsmi İrəvan Bakıya mina xəritələrini təqdim etməyəcək. Eyni zamanda Ermənistan Azərbaycana qarşı öz terrorçu siyasətini dayandırmayacaq. Əlbəttə, bu, yolverilməzdir. Bütövlükdə beynəlxalq hüquqa zidd addımdır”.
Tural Turan
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)


























.jpg)
.jpg)

