Nida Təhlil
İrəvanda xaos: Azərbaycan Ordusu 27 sentyabrı ermənilər üçün matəm etdi
Ötən gün Vətən müharibəsinin ildönümünü qeyd etdik. Anım Gününü qalib xalq olaraq qarşıladıq, parlaq qələbəmizi təmin edən şəhidlərimizin ruhlarını yad etdik.
Ermənistanda isə müharibənin ildönümü depressiya, çaşqınlıq, ümidsizlik şəraitində keçən matəm günü kimi xatırlandı.
Məğlub erməni xalqı BBC-nin kamerasına ağır günlər yaşadıqlarını ifadə edib. BBC-nin “İrəvanda İkinci Qarabağ müharibəsinin bir illiyi ilə bağlı nə düşünürlər?” reportajında erməni vətəndaşları çox ağır məğlubiyyətin yaşandığını, bunun ölkə üçün dəhşətli olduğunu qeyd ediblər.
“Bu il yaşamadıq. Bu, ömür deyil. Hesab edirəm ki, bu, bizim üçün bir rüsvayçılıqdır. Vətənimiz get-gedə kiçilir” - Ermənistan vətəndaşı deyib.
Başqa bir erməni qadın isə bu ilin onlar üçün çox çətin olduğunu qeyd edib: “Birtəhər uyğunlaşırıq. Deyərdim ki, bunu zaman da sağaltmaz. İndi bizim şəhərimiz boşdur. Bu qurbanlar, itkilər, qüssəliyik. Doğrudur, bundan başqa da müharibələr olub. 4 günlük, ondan əvvəl. Amma bu, tamam başqa idi”.
BBC-nin digər erməni müsahibi isə 27 sentyabrı ümumi faciə adlandırır: “Qarabağın itirilməsi bizi çox ağır sınaqlara düçar etdi. Azərbaycan necə deyirdi, elə də etdi. Bizimkilər rusları düşünürdü, Rusiya isə bunu etmədi, həmişəki kimi öz müttəfiqinin hayına yetmədi. Çox zaman keçməlidir, ancaq zaman da bu ağrını sağalda bilməz”.
Erməni qadının da qeyd etdiyi kimi, bu ölkənin əvvəlki vəziyyətə qayıtması üçün uzun illər lazım olacaq. Beynəlxalq və yerli ekspertlər də bildirirlər ki, Ermənistanın toparlanması üçün azı 10 il lazımdır.
Publika.az-a Azərbaycanda 27 sentyabrın qələbə əhval-ruhiyyəsində anılması fonunda Ermənistanda yaşanan matəm durumunu şərh edən geosiyasət və konfliktologiya üzrə ekspert Sultan Zahidov bildirib ki, Ermənistanın 44 günlük müharibədə məğlub olması ölkə daxilində xaos və anarxiyanın əsasını qoyub:
“Bu müharibədə Ermənistan məğlub tərəf idi. Bu ölkənin müharibədə xeyli sayda itkiləri oldu. Rəsmi məlumatlarda itki sayı 3743 olsa da, hələ müəyyənləşməyən cəsədlər var, buna görə də rəqəmlərin artacağı istisna olunmur. Ermənistanın məğlub olması ölkə daxilində xaos və anarxiyanın əsasını qoydu ki, bu, indiyə qədər də davam etməkdədir. Daim siyasi qalmaqallar, parlament iclaslarında xaos hökm sürməkdədir. Ermənistanın bu duruma düşməsinin, müharibədə xeyli itki verməsinin və məğlub olmasının əsas səbəbkarı dövlətin yürütdüyü siyasət idi. Azərbaycan bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olsa da, konstruktiv mövqe sərgiləsə də, Ermənistan hər zaman dekonstruktiv mövqe nümayiş etdirib və bu məsələnin itkisiz, sülh yolu ilə həllinə qarşı çıxıb. Hətta müharibə dövründə də, savaşın gedişatında da baxmayaraq ki, Ermənistanın itkiləri artmağa davam edirdi, dəfələrlə Azərbaycan tərəfindən müraciət olundu ki, bizə cədvəl təqdim olunsun, konkret tarixlər verilsin və erməni işğalçıları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılsın. Bununla belə, Nikol Paşinyan rejimi bu təkliflərə müsbət yanaşmadı və nəticədə Ermənistanın itkiləri daha da artdı”.
Ekspert qeyd edib ki, Ermənistanın siyasi rəhbərliyi də ölkənin çətin durumda olduğunu dərk edir və bununla bağlı açıqlamalar verir: “Ötən gün Ermənistan prezidenti Armen Sarkisyan hərbi məzarlığı ziyarət edərkən bununla bağlı açıqlama verdi, Paşinyan da açıqlama verib. Qeyd etdi ki, hazırkı vəziyyət Ermənistan üçün çox mürəkkəbdir və bu durumdan çıxmaq lazımdır. Bu vəziyyətin yaranmasında əsas səbəb işğalçı rejim və onların yürütdüyü dekonstruktiv siyasətdir. Buna görə də Ermənistan ordusundan əsər-əlamət qalmadı. Bu vəziyyətdən, hazırkı anarxiya durumundan çıxış yolu Azərbaycan tərəfindən dəfələrlə təklif olunub. Bu yol qonşularla normal dostluq münasibətlərinin bərpasından, kommunikasiyaların açılmasından və əlaqələrin bərpa olunmasından keçir. Ermənistan tərəfi hələ ki, bu təkliflərə yenə də konstruktiv cavab vermir. Eyni zamanda Ermənistanda olan bəzi qüvvələrdə hələ də revanşizmin təzahürlərini görürük. Amma bunların hamısı əbəs yerədir. Çünki Ermənistanın nə ordusu qalıb, nə də hər hansı bir mənəvi ruhu. Ermənistan məğlubiyyətlə sarsıldığı üçün hazırkı vəziyyətdə və növbəti 5-10 ildə müharibəyə hazır ola biləcək potensiala malik deyil.
Onlar əgər əvvəlki siyasətlərindən imtina etsələr, faşizm ideologiyasından kənarlaşsalar, normal duruma qayıda bilərlər. Ancaq işğalçı siyasəti təbliğ etmək, “Qarabağ Ermənistandır” kimi provokativ ifadələr səsləndirmək kimi ritorika davam edərsə, sözsüz ki, bundan zərər çəkən yenə də Ermənistan olacaq. Çünki həqiqətən də Ermənistanın bu 30 illik işğal dövründə etdikləri təxminən 50-60 il əvvəl Adolf Hitlerin, Herman Qörinqin, Henrix Himmlerin etdiklərindən geri qalmırdı. Onların azərbaycanlılara qarşı törətdikləri qətliamlar, soyqırımılar, ekoloji genosidlər və s. insanlığa sığmayan hərəkətlərdir. Ermənistan bundan dərs çıxarmalıdır. Hər dəfə həlak olan hərbçilərin məzarlarını ziyarət edərkən həm Armen Sarkisyan, həm də Paşinyan düşünməlidir ki, bu insanların ölümünə səbəb olan amillər nədir və hazırkı durumu necə düzəldə bilərlər. Çünki o insanların ölümünün əsas səbəbkarı Ermənistanın hərbi-siyasi rejimidir”.
Akqabay Mıradov
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO