Nida Təhlil
Bu, hay törəmələrinə ən yaxşı cavabımız olacaq - Vilayət Quliyev
Dünən müasir tariximizə Vətən müharibəsi kimi daxil olan 44 günlük savaşın 18-ci günü idi. Azərbaycan Ordusunun zəfər yürüşü artıq heç kimdə şübhə doğurmurdu. Qurduqları xəyallar içində çabalayan ermənilərdən başqa. Əslində, onlar da bilirdilər. Amma hələ də öz vətəndaşlarını "Artsax şirbalalarının", yaxud “Artsaxın bala şirlərinin" ("Арцахские мальчики-львы" - rəsmi erməni təbliğatının klişesi belə idi) Azərbaycan, Türkiyə, Pakistan, Mars, Sirius və s. ordularına qarşı qeyri-adi dirənişindən nağıllar uydururdular.
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycanın Macarıstandakı keçmiş səfiri, professor Vilayət Quliyev qeyd edib. O bildirib ki, İkinci Qarabağ müharibəsində ermənilərin Azərbaycan tərəfindən muzdlu əsgərlərin döyüşməsi ilə bağlı iddiaları tamamilə əsassızdır:
"Dünənki erməni statistikasına görə, 18 gün ərzindəki "itkilərimiz" belə olub:
"16 helikopter, 19 təyyarə, 176 PUA, 521 zirehli texnika - əsasən tank, 86 PDM, 4 "Smerç", 4 TOC-1A, 1 "Uraqan". Canlı itki sayı 5489. Yaralı isə saysız-hesabsızdır". Həm də Silahlı Qüvvələrimizə bu itkiləri yaşadan yalnız "qəhrəman Artsax ordusu" imiş.
Avropa Şurasının PA-sı Azərbaycan tərəfin müharibədə rəsmən 2900 əsgər və zabit itirdiyini bəyan edəndən sonra hər dəfə vurğulayırlar ki, bu, yalnız azərbaycanlıların sayıdır. Türklər, suriyalılar, marsiançiklər və s. bura daxil deyil. Və nəhayət, guya Azərbaycanda da çoxlu ölümlər gizlədilib.
Bir neçə itkin düşən hərbçimiz istisna olmaqla, indiyə qədər Azərbaycanda kimsə övladının müharibəyə aparıldığı və indiyə qədər öldü-qaldısının bilinmədiyi haqda iddia qaldırıbmı?
Türkiyə mətbuatında bir nəfər övladının Qarabağa aparıldığı və orada həlak olduğu barədə iddia qaldırıbmı?
Ermənilər bir nəfər Suriya terrorçusunun, pakistanlı, yaxud türkün ölüsünü, dirisini ələ keçirə biliblərmi? Təbii ki, yox. Öz-özlərini aldatmalarının bizə isti-soyuğu yoxdur. Təki zəfər bizim olsun. Təki qələbəmizin nəticələrini daha da möhkəmləndirək və onları növbəti uğurlar üçün tramplinə çevirək. Bu, bizim sərsəm hay törəmələrinə ən yaxşı cavabımız olacaq".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)





























.jpg)
.jpg)
