Nida Təhlil
Bunlar Azərbaycanın gücünün göstəricisidir - Deputat
“Prezident İlham Əliyev Füzulidə səfərdə olan zaman, ondan öncə də bir neçə dəfə səsləndirib ki, Azərbaycan işğaldan azad olunan ərazilərdə yenidənqurma işlərini yalnız öz gücünə həyata keçirir. Bu, Azərbaycanın iqtisadi gücünün bariz göstəricisidir. Eyni zamanda bu nüans digər istiqamətlərdə də olduqca vacib əhəmiyyətə malikdir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşir deyib. Onun fikrincə, burada birinci məqam ondan ibarətdir ki, əgər ölkədə yenidənqurma, bərpa-quruculuq və abadlıq işləri həyata keçirilərkən kənardan maliyyə dəstəyi olursa, bu zaman kənar maliyyə dəstəklərini təqdim edən subyektlərin də əlavə təsir imkanları yaranmış olur: “Bu baxımdan hesab edirəm ki, Azərbaycanın öz iqtisadi gücü hesabına işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini həyata keçirməsi, bir sıra iqtisadi layihələri gerçəkləşdirməsi həm də onun siyasi mövqeyinin daha güclü olmasını şərtləndirir. Təbii ki, Azərbaycan 44 günlük Vətən müharibəsi dövründə özünün iqtisadi potensialını nümayiş etdirdi. Dünya təcrübəsindən yaxşı bəllidir ki, müharibədən çıxmış ölkə uzun müddət iqtisadiyyatının bərpası ilə məşğul olur. Cəmiyyətdə müharibənin sosial-iqtisadi fəsadları aşkar hiss olunur. Bütün bunlar Azərbaycana aid deyil”.
Elşad Mirbəşirin sözlərinə görə, 44 günlük Vətən müharibəsində Azərbaycan cəmiyyəti müharibənin sosial-iqtisadi təsirlərini hiss etmədi: “Azərbaycan cəmiyyəti Azərbaycan Ordusuna dəstək oldu. Torpaqlarımızın azad olunması istiqamətində ölkə başçısı ilə həmrəylik nümayiş etdirdi. Cəmiyyətdə sadəcə olaraq əsgərlərimizin həyatı üçün bir narahatlıq var idi. Həyat və fəaliyyətin heç bir istiqamətində cəmiyyətdə hər hansı bir sıxıntı hiss olunmadı. Bunun özü Azərbaycan iqtisadiyyatının dayanıqlılığının göstəricisi idi. Nəzərə almaq lazımdır ki, işğaldan azad etdiyimiz ərazilər təxminən kiçik bir dövlətin ərazisi qədərdir. Yəni çox böyük ərazilərdə Azərbaycan sürətli şəkildə yenidənqurma işlərini həyata keçirməkdədir. Bu işləri gerçəkləşdirmək, eyni zamanda təhlükəsizlik məsələlərini də öz hesabına reallaşdırmaq dövlətdən hərtərəfli güc tələb edir. Təkcə Füzuli ərazisində 100 mindən artıq mina var. Bunu cənab Prezident də səsləndirdi. Ərazilərin minalardan təmizlənməsi, digər təhlükəsizlik tədbirlərinin görülməsi, bunlara paralel olaraq intensiv şəkildə bərpa-quruculuq işlərinin görülməsi dövlətdən çox böyük iradə və iqtisadi resurs tələb edir. Bütün bunlar Azərbaycan dövlətində mövcuddur. Dünyada analoqu olmayan bir hadisə də baş verməkdədir. Füzuli Beynəlxalq Hava Limanı istifadəyə hazır vəziyyətə gətirilib. Ermənilərin sıx şəkildə minaladıqları ərazidə müasir standartlara cavab verən hava limanının qısa zaman kəsiyində inşası dünya təcrübəsində rast gəlinməyən bir haldır. Bütün bunlar Azərbaycanın iqtisadi gücünün göstəricisi olmaqla yanaşı, eyni zamanda ölkənin siyasi nüfuzuna da müsbət təsir göstərir. Azərbaycanın bu iradəsini görən dünya ölkələri ona daha çox etimad göstərir. Ölkəmizlə daha yaxından əməkdaşlıq etmək istəyirlər. Bütün bunlar ölkəmizin gücünün və onun Prezidentinin siyasi baxışlarının qüdrətinin göstəricisidir”.
Tural Turan
-
İdman11:31Qvardiola Mançesterdəki restoranını bağladı - FOTOLAR
-
Sosial11:20Azərbaycanda əməkhaqqı belə ödəniləcək: İşçiyə xeyirdir, müdirə ziyan
-
Səhiyyə09:41Həkimdən qan azlığına görə dərman atanlara xəbərdarlıq!
-
İdman09:20Arda Turan: "Lvov güclü atəş altında idi və..."
-
Digər09:10Hindistanlılar aldadılaraq Rusiya ordusuna necə cəlb edilirlər?
-
ABŞ08:15ABŞ bu ölkədə antiterror əməliyyatına başladı
-
Nida Xəbər 07:55Azərbaycanda hərbi xidmət müddəti AZALDILACAQ - Ekspert
-
Ekopublika.az06:46Binalarla bağlı yeni qayda: Mənzillərin qiymətinə necə təsir edəcək?


























