Nida Təhlil
Kazımiyə sui-qəsd cəhdində adı keçən şəxslər - Ağar AÇIQLADI
İraqın Baş naziri Mustafa əl-Kazımiyə edilən sui-qəsd cəhdi ölkəni ələ almaq, parçalamaq üçün güc və maraqlar uğrunda mübarizəni özündə ehtiva edir.
Publika.az xəbər verir ki, bu sözləri terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.
O bildirib ki, Bağdad təkcə İraqın deyil, həm də intriqa və fitnələrin paytaxtıdır: "İraqdakı seçkilərdən sonra gərginlik və sui-qəsd cəhdləri hər keçən gün daha da artaraq bu həddə çatıb. İran tərəfindən dəstəklənən Həşdi-Şabi siyasi qanadı böyük bir güc itkisinə məruz qaldığı halda, son dərəcə gərgindir, daha böyük pay almaq istəyir, qarışıqlıq, qeyri-sabitlik və hədə-qorxu yaradır. Sui-qəsddən az əvvəl Kazımini hədələdikləri üçün oxlar Əshab-ül Ehlül Hək və onların lideri Kays Hazali, Fəth lideri Hadi əl-Amiri və Əbu Ala əl-Velayiyə işarə edir. Lakin onların təhdidləri bir fürsətdir, bunu görən başqaları da sui-qəsdi qeyd etdiyim şəxslərdən şübhəli biləcəklərini güman edərək törədə bilər".
A.Ağar qeyd edib ki, İŞİD-in artan təsiri yeni müdaxilələr və təsirlər üçün əsas yaradır: "Digər tərəfdən, Kərküklə bağlı maraqlı razılaşmalar əldə edilir. Beləliklə, yeni bir "bir daşa beş quş" hekayəsi ortaya çıxır. İraq vətəndaş müharibələrinin, dini, məzhəb, siyasi, etnik əməliyyatların həyata keçirildiyi ölkədir. Digər tərəfdən, sui-qəsd mövsümü Bağdadda deyil, Süleymaniyyədə başladı".
Akqabay
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı







































