Nida Təhlil
Baydenin Azərbaycan və Türkiyəni demokratiya sammitinə dəvət etməməsi qəribədir - Pol Qobl
ABŞ Prezidenti Co Baydenin təşəbbüsü ilə təşkil olunan demokratiya sammiti bu istiqamətdə problemsiz ölkənin olmadığını nəzərə alsaq, demokratiyanın təşviq olunması üçün heç də ən yaxşı vasitə deyil.
Publika.az xəbər verir ki, bunu Trend-ə amerikalı analitik, yazıçı və şərhçi Pol Qobl deyib.
Onun sözlərinə görə, demokratiyanın təşviqi və bu istiqamətdə hərəkət edən ölkələrə dəstək tərifə layiq olsa da, bunu təcrübədə həyata keçirmək elə də asan deyil.
"1990-cı illərin əvvəllərində ABŞ ölkələri bu istiqamətdə addımlayacağı ümidi ilə bu cür sammit keçirmişdi. Bu il iştirakçı ölkələrin sayı nisbətən azdır ki, bu da tədbirə marağın azalmasını göstərir. Hesab edirəm ki, bu cür görüşlər demokratik dəyərləri təşviq etmək üçün heç də ən yaxşı vasitə deyil. Nəzərə almaq lazımdır ki, demokratiya sahəsində problemlər həmişə olub və olacaq", - deyə, o bildirib.
Azərbaycan və Türkiyənin sammitə dəvət edilən qonaqlar arasında olmamasını şərh edən analitik C.Baydenin bu qərarını qəribə adlandırıb.
"Qarşıdakı sammitə dəvət meyarlarına gəldikdə, məniim bu barədə anlayışım yoxdur. Hesab edirəm ki, ABŞ, müxtəlif ölkələrdən olan və əsasən Azərbaycanla Türkiyəyə qarşı mövqə sərgiləyən hüquq müdafiəçilərinin qiymətləndirmələrinə əsaslanıb".
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL




































.jpg)