Nida Təhlil
Ermənistan hakimiyyəti başa düşdü ki... - Deputat
“Ermənistan hakimiyyəti “Dəmir yumruğu” başlarının üstündə gördükdən sonra ağıllanıblar. Onlar Zəngəzur dəhlizi ilə bağlı məsələləri gecikdirmək, sərhədin demarkasiya və delimitasiya işlərinə mane olmaq üçün təxribatlara əl atıblar”.
Bunu Publika.az-a açıqlamasında Millət vəkili Elman Məmmədov deyib.
Deputat qeyd edib ki, ermənilər nə qədər təxribatlar törətsə də Azərbaycan Ordusu onların qarşısını qətiyyətlə alır: “Ermənistanın təxribatlarına cavab olaraq ordumuz adekvat tədbirlər görüb. Onlar 44 günlük Vətən müharibəsində olduğu kimi itkilərinin sayını gizlədirlər. Ancaq erməni müxalifəti itkilərinin çox olduğunu dilə gətirir. Ordumuz zərbəsində sonra Nikol Paşinyan Rusiya və digər ölkələrə yenidən zəng vurmağa başladı. Ancaq Paşinyan özü də başa düşdü ki, sərhədlərin dəqiqləşdirilməsindən boyun qaçıra bilməz”.
E.Məmmədov vurğulayıb ki, Ermənistan hakimiyyəti başa düşdü ki, törətdikləri təxribatlar yalnız özlərinə ziyan vurur: “Ermənistan ordusu hər dəfə təxribata əl atdıqda Azərbaycan Ordusu tərəfindən çox ağır qarşılıq görür və nəticədə biabır olaraq geri çəkilir. Zəngəzur dəhlizinin açılması və sərhədlərin dəqiqləşdirilməsi bölgədə Rusiya və Türkiyənin nüfuzunun daha da artmasına gətirib çıxaracaq. Yəni qərb dövlətləri regiondan kənarda saxlanılır. Çünki qərb dövlətləri gizli olaraq Ermənistana dəstək verirlər. Bizim atdığımız addımlar ermənilərə və onların havadarlarına böyük bir mesajdır. Paşinyan kənar qüvvələr tərəfindən idarə olunan bir şəxsdir. O, artıq neçənci dəfədir ki, sülh sazişinin bağlanması ilə bağlı açıqlamalar verir və sonra sərhəddə təxribatlara əl atır. Nikol Paşinyan sərsəm bəyanatlar verərək, sərhəddə insidentlər törədərək bölgədə gərginliyi artırır. Ümumi olaraq indiki vəziyyətdə Ermənistan hakimiyyətinin səmimi olmayan sözlərinə inanmaq olmaz”.
Rahib Ələsgərov
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi






































