Nida Təhlil
Azərbaycan bu məsələyə öz töhfəsini verib - RƏY
“Prezident İlham Əliyev COVID-19 pandemiyası başlayandan bu problemin həlli ilə bağlı hərtərəfli fəaliyyət göstərirdi. Azərbaycan hər 100 000 nəfərə düşən COVID-19 xəstəsinin sayına görə dünyada ən aşağı göstəricilərə malik olan ölkələrdən biridir”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Deputat qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi maddi vəziyyəti aşağı olan və COVID-19-a qarşı peyvənd ala bilməyən ölkələrə yardım göstərmə məsələsini qaldırıb: “Bununla bağlı BMT Baş Assambleyasının xüsusi sessiyası keçirildi və bu məsələlərlə əlaqədar fikirlər səsləndirildi. Dünya ölkələri Azərbaycanın koronavirusla bağlı haqlı mövqeyini düzgün qiymətləndirdilər. Son dövrdə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiyanın bütün ölkələrin peyvəndlə təmin edilməsindən sonra aradan qalxacağı barəsində fikirlər bildirilir. Yəni dünya ölkələrinin bir hissəsinin peyvəndlənməsi problemin həlli demək deyil”.
A.Mirzəzadə vurğulayıb ki, Prezident İlham Əliyevin vaxtında edilmiş təklifi problemin həllinə yönələn əsas məsələlərdən biridir: “Son dövrlərdə artıq bu istiqamətlərdə müəyyən addımlar atılır. Böyük dövlətlər inkişaf etməkdə olan ölkələrə COVID-19-a qarşı peyvənd məsələsində kömək etməyə başlayıb. Bu məsələyə Azərbaycan Prezidentinin də vaxtında etdiyi çağırışın təsiri var. Azərbaycanın ədalətli yanaşması bu problemdə əhəmiyyətli rol oynayacaq. Pandemiya yeni başladığı dövrdə böyük ölkələrin bəziləri ehtiyacları olduğundan daha artıq peyvənd sifariş etməyə başladılar. Bu cür hərəkətlər ilk növbədə ədalətin pozulması idi. Həmin peyvəndlərin bir hissəsi vaxtı keçdiyinə görə məhv edildi. Hansı ki, bunlar vaxtında inkişaf etməkdə olan Asiya və Afrika ölkələrinə verilmiş olsaydı, çox sayda insanları qoruyub pandemiyanın qarşısını almaq olardı. Bu gün hər bir ölkənin əhalisinin neçə faizinin peyvəndləndiyi və nə qədər ehtiyatının olması barəsində kifayət qədər məlumat var. Bu istiqamətdə hər bir ölkə addımlar atmalıdır. Azərbaycan indiyə qədər Qoşulmama Hərəkatının otuzdan çox ölkəsinə pandemiya ilə mübarizə üçün öz yardımını göstərib. Tibbi ləvazimat, laboratoriya nümunələri və pəyvəndlərlə bağlı da Azərbaycanın yardımı göz qabağındadır. Bu məsələ bir daha göstərir ki, COVID-19 1 ölkənin deyil, dünyanın problemidir. Həmin problemi ancaq birlikdə həll etmək olar. Azərbaycan bu məsələyə öz töhfəsini verib”.
Rahib Ələsgərov
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı














.jpg)















.jpg)



.jpg)

