Nida Təhlil
Ermənistan beynəlxalq müstəvidə cəzalandırılmalıdır - Sona Əliyeva
“Bu gün Şuşa yaxınlığındakı Daşaltı kəndində 2 mülki vətəndaşımızın minaya düşərək həlak olması bir daha onu deməyə əsas verir ki, Ermənistanın mina terroru işğaldan azad edilmiş ərazilərdə hələ də davam edir. Son aylarda minaya düşərək həlak olan insanlara görə Ermənistandan təzminat tələb olunmalıdır. Əks təqdirdə, Ermənistan bu cür mənfur əməllərindən əl çəkməyəcək. Əgər beynəlxalq güclər Ermənistana təzyiq göstərməsələr, İrəvan regionda təhdid olaraq qalacaq”.
Bunu Publika.az-a açıqlamasında politoloq Sona Əliyeva deyib.
Politoloqun fikrincə, Ermənistanın vaxtilə işğal altında saxladığı ərazilərdə basdırdığı minalardan dünyasını dəyişənlərin çoxu elə mülki şəxslərdir: “Statistikaya da nəzər salsaq görərik ki, 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu, 29 mülki şəxs həlak olub. Bu da sübut edir ki, Ermənistanın mina terrorunun əsas qurbanları mülki şəxslərdir. Ermənilər Kəlbəcərdən, Ağdamdan, Laçından, Daşaltıdan çıxarkən həmin əraziləri qəsdən minalayıblar. Onlar bununla əhalinin öz ata-baba yurdlarına köçünün qarşısını almağa çalışırlar. Onsuz da mənfur qonşularımız hər zaman mülki şəxsləri hədəf alıblar. Bunu 30 ildir ki, görürük. İstəyirlər ki, daha çox insan ermənilərin mina terrorunun qurbanı olsun. Hətta onların Azərbaycana təqdim etdiyi mina xəritələrinin dəqiqliyi də göz önündədir. Cəmi 20-25% dəqiqliyə malikdir. Bir daha deyirəm, baş verən hər hadisəyə görə Ermənistan tərəfi beynəlxalq müstəvidə cəzalandırılmalıdır. Əks halda, onlar bütün regiona təhdid olaraq qalmaqda davam edəcəklər”.
Tural Turan
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?



























.jpg)
.jpg)






