Nida Təhlil
Prezident xalqımızın rifahını düşünür - Deputat
Yeni islahatlar mərhələsi dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli sərəncamına əsasən reallaşdırılır. Buna uyğun olaraq ölkədə minumum əmək haqqının miqdarı artırıldı, eyni zamanda sosial müavinətlər, pensiyalar və təqaüdlərin də artırılması ilə bağlı sərəncamlar imzalanıb. Bütün bunlar Prezident İlham Əliyevin Azərbaycan xalqının rifahının yüksəldilməsinə hesablanan uğurlu addımdır.
Bunu Publika.az-a millət vəkili Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, Prezident tərəfindən bu sərəncamların imzalanması hər bir Azərbaycan vətəndaşının dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bir daha göstərmiş oldu: “Cəmiyyət bir müddət idi ki, bu qərarı gözləyirdi, insanlar arasında müəyyən fikirlər var idi. Bu, reallıqda öz əksini tapdı. Minimum əmək haqqının artırılmasının şahidi olduq. Növbəti mərhələdə pensiya və təqaüdlər artırıldı. Bu da onu göstərir ki, cənab Prezident Azərbaycan xalqının rifahını və onun yaşayış səviyyəsini düşünür. Hər il bu məsələ ilə bağlı müəyyən addımlar atılır və biz bir sıra sahələrdə artımların şahidi oluruq. Hesab edirəm ki, bu, vətəndaşların rifah halına öz ciddi təsirini göstərəcək. Ümumiyyətlə, bu gün dünyanın bir çox ölkəsində müəyyən proseslər gedir, bir sıra hallarda xaricdən gətirilən malların qiymətində az da olsa artımları müşahidə edirik. Bu fonda sosial müavinətlərin, pensiya və təqaüdlərin artırılması vətəndaşlarımızın rifah halının yaxşılaşdırılmasına öz töhfəsini verəcək. Azərbaycan vətəndaşı növbəti ildən daha yaxşı yaşamaq imkanı əldə edəcək”.
C.Məmmədov qeyd edib ki, vətəndaşlarımız tərəfindən də bu addımlar çox yüksək qiymətləndirilir: “Hesab edirəm ki, bu gün dövlət bu məsələlərlə bağlı öz prinsipial mövqeyini hər zaman olduğu kimi nümayiş etdirdi. Hazırda Qarabağda böyük quruculuq işlərini aparırıq. Məlumdur ki, bərpa işlərinə də böyük vəsait lazımdır. Ancaq bütün bunlara baxmayaraq, vətəndaşların da təqaüdləri və pensiyaları artırıldı. Əslində, biz növbəti il daha çox maliyyə vəsaitinə ehtiyac duyurduq. Bu, quruculuq və abadlıq işləri ilə bağlıdır. Son islahatlar bir daha onu göstərir ki, Qarabağın yenidən qurulması və bərpası prioritet olmaqla yanaşı, vətəndaşlarımızın rifah halının təminatı da vacib məsələ kimin gündəmdə saxlanılır”.
Akqabay Mıradov
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





