Nida Təhlil
Həmin pasportun qüvvədən düşməsi təbii qarşılanmalıdır - Deputat
“Azərbaycan hökuməti elə ilk gündən pandemiyanın fəsadlarının aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirib. Vətəndaşlarımızın sağlamlığının qorunması üçün bütün zəruri addımlar zamanında atılıb. Buraya xəstəxanaların tikilməsi, vətəndaşların vaksin olunması, pandemiyaya görə qapanma zamanı onlara sosial paketlərin verilməsi daxildir. İnsanlara bir çox istiqamətlərdə dəstək göstərilib. Qaydalarla bağlı da zərurət olmadığı təqdirdə zamanında yumşalmalara gedilib. Bunların hamısı beynəlxalq təşkilatlar tərəfindən də alqışlanıb”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, bu istiqamətdə Azərbaycan həmişə nümunəvi mövqe sərgiləyib:
“Hazırda Avropa və digər öndə olan dövlətlərlə müqayisədə Azərbaycanda tətbiq edilən qaydalar liberaldır. Bu da vətəndaşlarımız tərəfindən çox müsbət qarşılanır. Buna baxmayaraq, bütün proseslər mütəxəssislər, xüsusən də Operativ Qərargah tərəfindən yaxından izlənilir. Burada da əsas hədəf və məqsəd vətəndaşların həyatını çətinləşdirmək yox, əksinə, onların həyat və sağlamlıqlarını qorumaqdır. Eyni zamanda baş verə biləcək daha böyük fəsadların qarşısını almaqdır. Göründüyü kimi, bizdə elə də sərt qaydalar tətbiq edilmir, bu, yalnız tibbi maskaların istifadəsi ilə əlaqədardır. Həmçinin vaksinasiya ilə bağlı müəyyən qaydalar var. Yəni vaksin vurdurmayanlar qapalı məkanlara girə bilmirlər. Ancaq bilirsiniz ki, bu müddət uzanır, təəssüflər olsun ki, pandemiya hələ bitməyib. Yeni-yeni ştamlar meydana çıxır. Bu baxımdan düşünürəm ki, 6 aydan sonra ikinci doza pasportun qüvvədən düşməsi təbii qarşılanmalıdır. Artıq dünyanın əksər ölkələri üçüncü doza vaksin vurdurmağı məcburiləşdirir”.
Millət vəkilinin sözlərinə görə, 2022-ci ildən həmin ölkələrə səfərlər qadağan olunacaq:
“Turistlər və vətəndaşlar buraxılmayacaq. Bu baxımdan həmin qayda da kifayət qədər yerində və liberaldır. Burada heç bir sərtləşdirmədən söhbət getmir. Yalnız vətəndaşların sağlamlığını qorumaq üçündür. Çünki həkim olmayan insan da anlayır ki, istənilən qəbul edilən dərmanın təsir qüvvəsi bir müddət sonra itir. Bu baxımdan da vətəndaşlar verilən qərarları anlayışla qarşılamalıdır. Bu olmasa belə, dördüncü doza vaksin vurduran insanlar da var. Onlar yenidən virusa yoluxmadılar və öz həyatlarına rahat şəkildə davam edirlər. Sentyabr ayında mən də dördüncü doza vaksin vurdurdum. Çox rahatam. Düşünürəm ki, yeni ştam Azərbaycanda kəskin şəkildə yayılmayacağı təqdirdə digər sərt qaydaların tətbiqi də baş tutmayacaq. Ümidimiz odur ki, mart ayından sonra proseslər ağırlaşmaya yox, yumşalmaya doğru gedəcək. Ümid edirik ki, tədricən pandemiya bizim həyatımızdan çıxacaq”.
Tural Turan
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


