Nida Təhlil
Azərbaycan Türkiyədən ən çox müdafiə və aerokosmik məhsulları alan ikinci ölkədir
Türkiyənin keçən il ən çox məhsul ixrac etdiyi ölkə 1 milyard 127 milyon 861 min dollarla ABŞ olub. Müdafiə və aerokosmik ixracatda ABŞ-ı 202 milyon 221 min dollarla Azərbaycan, 180 milyon 547 min dollarla Qətər, 161 milyon 526 min dollarla Birləşmiş Ərəb Əmirlikləri, 159 milyon 667 min dollarla Mərakeş izləyib.
Bu barədə Türkiyə mətbuatı xəbər yayıb.
Qeyd edilir ki, Türkiyənin müdafiə sənayesi dost və müttəfiq ölkələrin hərbi ehtiyaclarını ən qabaqcıl texnologiyalarla təmin edir. Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatına görə, ötən il ölkənin ixracat məhsulları 32,9 % artaraq 225 milyard 367 milyon 676 min ABŞ dollarına çatıb. Müdafiə və aerokosmik sənaye məhsulları isə illik ixracatda 41,5 % artıb.
Müdafiə və aerokosmik sənayesi 2021-ci ildə ixrac rekordu qırıb. Belə ki, müdafiə və aerokosmik sənayesi 2021-ci ildə 3 milyard 224 milyon 786 min ABŞ dolları ilə yeni ixrac rekorduna çatıb.(Report)
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)


























.jpg)
.jpg)

