Nida Təhlil
Qazaxıstan ssenarisi necə və nə vaxt hazırlanıb? – Şifrələr
KTMT qüvvələrinin Qazaxıstana daxil olmasından sonra etirazlar müəyyən qədər səngisə də, müxtəlif bölgələrdə silahlı qruplaşmalarla toqquşmalar hələ də davam edir.
Sosial tələblə başlanan və bu tələblər qəbul edilməsinə baxmayaraq, siyasiləşən etirazlarda birdənçox diqqətçəkən məqam var:
Birincisi, etirazların başlanmasına səbəb olan qaz qiymətinin artırılmasıdır: Qazaxıstanda etirazların başladlığı qərbində minik abvtomobillərinin 90 faizi maye qazla işləyir və qiymətin iki qat artırılmasının etiraza səbəb olacağı məlum idi. Hökumət ya bunu proqnozlaşdıracaq qədər ağıllı olmayıb, ya da burada proseslərin nəzarətdən çıxmasına hesablanan təxribat amili var. Qaz zavodunun həbs edilməsi də bu kontekstdə diqqət çəkir.
İkincisi, kütlənin lideri yoxdur: dağınıq formada hərəkət edən kütlə etirazdan çox dağıntılara meylli görünürdü;
Və bu, prosesin əvvəldən hazırlandığı ehtimalını daha da gücləndirir. Səbəb “rəngli inqilab”la hakimiyyət dəyişikliyi olsaydı, etirazlar təşkilatlanmış formada, liderlərin arxasınca həyata keçirilməli idi. Səbəb birbaşa sosial problemlər olsaydı, kütlə tələblərin yerinə yetirilməsindən sonra dayanmalı idi. Bunlar baş vermədi və faktiki silahlı toqquşmalar başlandı. Məhz bu amil ölkə daxilində kənar müdaxiləyə zəminin hazırlanması ssenarisinin tətbiq edildiyini göstərir.
Üçüncüsü, silahların əlinə silahın keçməsidir: məlumatlara görə, etirazçılar silahları hərbi obyektlərdən ələ keçirib, lakin o da istisna deyil ki, silahlar ölkəyə kənardan gətirilib və proses əvvəldən planlaşdırılıb. Hazırki nəticələr də bu versiyanı gücləndirir.
Dördüncüsü, etirazlar dağıntılarla müşahidə olunsa da, iştirakçıların sayının hakimiyyəti devirəcək qədər olmamasıdır: silahlı qrupların olduğu bəllidir, lakin Qazaxıstan öz ordusu ilə silahlı üsyanın qarşısını ala bilərdi, hərçənd, KTMT-yə müdaxilə üçün müraciət etdi.
Və məhz bu amil hadisələrin öncədən planlaşdırıldığı və Rusiyanın ssenarisi olduğunu təsdiqləyir. Hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qoşunları “sülhməramlı” adı altında Qazaxıstana yerləşdirilib. Plan əvvəldən bu idi və Rusiya istədiyinə nail oldu. Bundan sonra Qazaxıstanın müstəqilliyi sual altına düşdü.
Asif Nərimanlı
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)





























.jpg)
.jpg)
