Nida Təhlil
İlham Əliyevin Ermənistanı heçə endirən Moskva ZƏFƏRİ
Prezident İlham Əliyevin Moskvaya səfəri Azərbaycan-Rusiya münasibətlərində yeni səhifə açmaqla yanaşı, Cənubi Qaqfazda da kartları yenidən dağıtdı.
Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya artıq müttəfiq dövlətlərdir. Bəyannamənin 1-ci bəndində qeyd olunur ki, “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.
Bu o deməkdir ki, Rusiya və Azərbaycan qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü qəbul edir, bir-birinin daxili işlərinə qarışmır. Və bu halda rəsmi Bakı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə mümkün risklərin də qarşını almış oldu. Çünki bu ərazilərdə Azərbaycan suverenliyini qəbul edən Rusiyanın özüdür.
Bəyannamənin bu bəndi, eləcə də digər bəndlərində əks olunan məqamlar Azərbaycanın geosiyasi proseslərdən böyük qazancla çıxdığını deməyə əsas verir. Azərbaycan lideri siyasi-diplomatik məharəti ilə ölkəmizi yenə də geosiyasi qarşıdurmadan kənarda saxladı və ən azı ərazi bütövlüyümüzün qorunmasında, suverenliyimizin güclənməsində tarixi qələbəyə imza atdı.
Moskva Bəyannaməsinin Cənubi Qafqazda kartları dəyidirdiyi də diqqət çəkir.
Ermənistan Rusiya ilə müttəfiqliyindən istifadə edərək, bölgədəki prosesləri yönləndirməyə cəhd edirdi. Rəsmi Bakı bu gedişlə Ermənistanın Rusiya ilə münasibətləri inhisara almaq, bu ölkənin imkanlarından öz maraqları üçün istifadə etmək, Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT) təşkilatında üzvlükdən yararlanmaq imkanlarını heçə endirdi. Moskva Bəyannaməsinin İrəvanda yaratdığı təşviş də çox şeydən xəbər verir.
Bütün bunlar Prezident İlham Əliyevin dərin strategiyası nəticəsində əldə olunub. Azərbaycan lideri siyasi manevrləri ilə Ermənistanın İranla münasibətlərindən yararlanmaq imkanını da aradan qaldırdı. Təsadüfi deyil ki, bu gün Tehran bölgədə əsas tərəfdaş kimi Bakını görür. Ermənistan üzərindən keçməsi planlaşdırılan Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizinin marşrutunun dəyişdirilməsi və Azərbaycan üzərindən keçirilməsi bunun bariz nümunəsidir.
44 günlük müharibə bölgənin bütün siyasi mənzərəsini dəyişdirdi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə, Türkiyə və Rusiya ilə münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəltməklə, İranla Ermənistan arasında xüsusi münasibətləri neytrallaşdırmaqla həm öz ətrafında güclü təhlikəsizlik kəmərinin yaradılmasına, qonşularla münasibətlərinin yeni inkişaf səviyyəsinə yüksəldilməsinə nail oldu, həm Ermənistanı hərbi-siyasi müstəvidə çökdürdü, həm də uzaq gələcək üçün regional sabitliyin, təhlükəsizliyin, sülhün və qarşılıqlı faydalı əməkdaşlıq mühitinin daha da güclənməsinə böyük töhfə verdi.
Bölgədə bütün tərəflər Azərbaycanla əməkdaşlıqda maraqlıdır.
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?