Nida Təhlil
Heydər Əliyev dünya erməniliyinin planlarını necə alt-üst etdi? - VİDEO
Video əlavə olunub.
***
1987-ci il... Heydər Əliyevin SSRİ Nazirlər Sovetində tutduğu vəzifədən uzaqlaşdırılması ermənilərin yolunu açdı, əslində Moskvadakı erməni mafiyasının, həm də ümumilikdə dünya ermənliyinin bu planı hələ 1982-ci ildən, Heydər Əliyev Moskvaya yüksək vəzifəyə təyin edilməsindən var idi. Çünki o, Azərbaycanın SSRİ-də önə çıxmasına, azərbaycanlıların layiq olduğu qiymət almasına və milli kimliyimizin yox olmasına imkan vermirdi.
1969-cu ildə Azərbaycanın rəhbərliyinə gələn Heydər Əliyev hər şeydən öncə aqrar respublika olan və SSRİ-də geridə qalan, məqsədyönlü şəkildə arxa plana keçirilmiş Azərbaycanı sənaye ölkəsinə çevirməklə, iqtisadi inkişafını təmin etdi və ittifaqda mühüm ölkə səviyyəsinə yüksəldi. Bunun fonunda milli kimliyin, ana dilinin, mədəniyyətimizdən tutmuş kinomuza qədər milli olan hər şeyin qorunub saxlanılmasına nail oldu. Ermənilərin sonradan işğal edəcəyi Şuşanı erməniləşdirmək cəhdlərini də Heydər Əliyev hələ SSRİ dövründə qaldırmışdı. Azərbaycanın belə bir şəxsiyyətinin Moskvada ali vəzifəyə təyin olunması ermənilərin bütün planlarını alt-üst etdi. Və təsadüfi deyil ki, Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini postunda çalışmağa başlayanda ermənilər müxtəlif yollarla azərbaycanlıların adından Moskvaya anonim məktublar yazır, ona qarşı kampaniyalar aparırdı.
1987-ci ildə Mixail Qorbaçov və erməni mafiyası Heydər Əliyevin vəzifədən uzaqlaşdırılmasına nail oldu. Beləliklə, Azərbaycana qarşı hücum başlandı.
Cəmi bir il sonra - 1988-ci ildə Qarabağda separatizm fəaliyyətinə başladılar. Ardınca 20 Yanvar qırğını, Sumqayıt hadisələri törədildi. Həmin vaxt okeanın o tayından – ABŞ-dan bir qrup senatorun imzası ilə Qorbaçova “ermənilərin qorunması” məktubları ünvanlanırdı və bu, təsdiq edir ki, Heydər Əliyevin vəzifədən uzaqlaşdırılması və Azərbaycana qarşı qurulan bu məkrli oyunlar dünya ermənliyinin “böyük Ermənistan” planının tərkib hissəsi idi. Qarabağın işğalı məqsədilə hücumun başlanması, Xocalı soyqırımının törədilməsi, azərbaycanlılara qarşı soyqırımı və qətliamlar da bu planın davamı idi.
Heydər Əliyev neytrallaşdırılmış və ermənilərin önü açılmışdı. Çünki Azərbaycanı və Azərbaycan xalqını qoruyan lider yox idi. 90-cı illərdə Azərbaycan hakimiyyətinin yarıtmaz siyasəti və bunun nəticəsində separatçılığın, özbaşınalığın, anarxiya və xaosun baş alıb getməsi dünya erməniliyi üçün ələdüşməz fürsət idi. Nəticə etibarilə, torpaqlarımız işğal edildi, Azərbaycan daxilində isə vətəndaş müharibəsi həddinə çatacaq qarşıdurmalar prosesi başlandı.
Müstəqilliyini yeni bərpa etmiş Azərbaycan dağılmaq təhlükəsi ilə üz-üzə qalmışdı: cəbhədə döyüşlər gedir, ermənilər torpaqlarımızı işğal edirlər, Bakıda isə vəzifə davası, siyasi ambisiyalar uğrunda mübarizə aparılırdı.
Və bu zaman Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdaraq, ölkəni dağılmaq təhlükəsindən xilas etdi: nizami ordu yaratdı, asayiş və qayda-qanunu bərqərar etdi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoydu, idarəetmə sistemini formalaşdırdı, insanlara öz dövlətinə inamı qaytardı, Azərbaycanın iqtisadi dirçəlişinin əsasını qoydu, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərini aradan qaldırdı, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi, Azərbaycanın beynəlxalq əlaqələrini formalaşdırdı, ölkənin dünya birliyinə inteqrasiyası prosesini başlatdı, Azərbaycanda dövlətçilik ənənəsini formalaşdırdı; Daxildəki xaosun dəf edilməsindən tutmuş xarici siyasət kursuna qədər başdan yaratdı və Azərbaycanı yenidən qurdu;
SSRİ vaxtında dünya erməniliyinin planlarını alt-üst edən Heydər Əliyev müstəqil Azərbaycanın rəhbərliyinə qayıtmaqla ikinci dəfə düşmənin niyyətinin baş tutmasına imkan vermədi. Ermənilər Azərbaycan torpaqlarını işğal etməyə nail olmuşdular, lakin məhz Heydər Əliyevin qurduğu strategiyalar nəticəsində Azərbaycan illər sonra Vətən müharibəsində böyük zəfər qazanmaqla işğala son qoydu. Bu gün Ermənistanın gələcəyi Azərbaycandan asılıdır. Bu, Heydər Əliyevin dahi strategiyasının və bu strategiyanı yeni şərtlərə uyğunlaşdıraraq, tətbiq edən Prezident İlham Əliyevin siyasətinin nəticəsidir.
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi