Nida Təhlil
“5-ci kalon” aktivləşir: Bakıya qarşı kampaniyanın məqsədləri nədir?
“Azərbaycan insan haqları pozulur” kampaniyasına yenidən starrt verilib. Jurnalist Aytən Məmmədova ilə bağlı baş vermiş hadisə xüsusilə qabardılır və diqqəti “söz azadlığı”, “insan haqları” kimi məsələr üzərinə yönəltməyə cəhd edirlər. Azərbaycanın, ümumilikdə Cənubi Qafqazın əsas gündəminin sülh sazişinin imzalanması, bölgədəki yeni reallıqların İrəvanda da rəsmi şəkildə qəbul etdirilməsi olduğu halda bəlli qrupların Bakıya qarşı klassik metodlar üzərindən kampaniya aparması təsadüfi deyil.
Hadisələrin bir-birinə zəncirvari bağlı olması xüsusilə diqqət çəkir:
- 10-12 iyun tarixində Bakıda Formula 1 yarışı starrt götürəcək;
- Aytən Məmmədova ilə bağlı baş verən hadisədən istifdə edərək, bir qrup şəxs peyda olur;
- ABŞ-ın Azərbaycandakı səfirliyi məsələyə dərhal reaksiya verir, ardınca ABŞ Dövlət Departamentinin diqqət mərkəzinə düşür;
- Hadisə ilə bağlı “fəaların” aksiyası təyin olunur;
Hədəf bəllidir: Azərbaycana qarşı kampaniyanın “arqumentləri” formalaşdırılır.
Bunun məhz indi həyata keçirilməsinin birdən çox səbəbi var:
Birincisi, Bakıda Formula 1 yarışının keçirilməsi beynəlxalq ictimaiyyətin diqqətinin Azərbaycana yönəlməsinə səbəb olacaq və bəlli dairələr bu diqqəti öz kampaniyalarına yönəltməyə çalışır;
İkincisi, qrantın ayrılması üçün zaman daralır: ABŞ-ın NED-National Endowment for Democracy fondu Azərbaycan üçün 2022-ci il üçün ayırdığı təsdiqlənmiş qrantın ümumi məbləği 970,235 dollardır və bu məbləğin 398,837 min dolları Bakıda və regionlarda vətəndaş iştirakçılığının aktivliyinin artırılması, insan hüquqlarının müdafiəsi adı altında etirazların təşkili, insan hüquqlarının qorunmasının monitorinqi və digər bu kimi məsələlərin maliyyələşdirilməsi ilə bağlı layihələrin gerçəkləşdirilməsinə yönəldilib; NED-in qrant elanında sonuncu tarix 25 may göstərilir və qrant maliyyələşdirilməsində əsas bəndlərdən biri “təcili qrantların ayrılması” bəndi yer alır; bu o deməkdir ki, NED 25 may tarixində qədər qrant maliyyələşməsi həyata keçirilməlidir və Formula 1 yarışından qısa müddət öncə “təcili” həyata keçirilən bu prosesə beynəlxalq diqqətin anti-Azərbaycan kampaniyasına yönəldilməsinə hesablanıb;
Üçüncüsü, diqqətin Ermənistandan yayındırılmasıdır: İrəvanda Sorosun “uşaqları” adlandırılan mövcud hakimiyyət günlərdir aksiyalara bütün inzibati resurslarla müdaxilə edir, polis zorakılığına əl atılır, ABŞ-ın bu ölkədəki səfirliyi, Dövlət Departamenti, hətta sifarişlə işləyən beynəlxalq hüquq-müdafiə təşkilatları belə heç bir reksiya vermir, əvəzində Azərbaycanda məişət zəminində baş verən hadisə şişirdilərək, “insan haqları pozulur” iddiası üzərindən kampaniyaya starrt verilir;
Göründüyü kimi, Qərbdəki ermənipərəstlər 44 günlük müharibədə Azərbaycanın tarixi Zəfərini, ölkəmizin inkişafını, beynəlxalq nüfuzunu, fəallığını həzm edə bilmirlər. Eyni zamanda, ABŞ Dövlət Departamentində viktoriya nulandlar heç cür Azərbaycanı unuda bilmirlər. Eyni kobud metodlarla, eyni bəsit və heç bir tənqidə dözməyən səbəblərlə Azərbaycana qarşı növbəti qarayaxma kampaniyası təşkil edilir.
Belə çirkin kampaniyalar Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır, bu baxımdan, ictimai rəyə təsir edə və məqsədlərinə nail ola bilməyəcəkləri öncədən bəllidir.
-
Dünya02:00Monakoda terror aktı: yaralananlar var
-
Region00:27Xameneinin müavini öldü
-
Dünya29 İyun 22:04İsrail Müdafiə Qüvvələri tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var - Katz
-
Ekologiya29 İyun 19:40Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama
-
Elm və təhsil29 İyun 18:40Şagirdlərin dərs və məşğələdə mobil telefondan istifadəsi qadağan edilir - Rəsmi
-
MDB29 İyun 17:30Rusiya Ermənistanı referendum keçirməyə çağırdı - Moskva nədən narahatdır?
-
Sosial29 İyun 16:38İyulda 42° isti olacaq - AYLIQ PROQNOZ
-
Dünya29 İyun 16:00Dünya mat qalıb: ABŞ “görüş olacaq”, İran “olmayacaq” deyir
















.jpg)












.jpg)






