Nida Təhlil
Putin Nazarbayevlə niyə görüşdü? - Kremlin YENİ SSENARİSİ
Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Nazarbayevin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir: “Dostluq şəraitində keçən görüş zamanı Qazaxıstanın birinci prezidenti ilə Rusiya prezidenti iki dövlət arasında münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bir-birini təbrik edib. Siyasətçilər bərabərhüquqlu dialoqa əsaslanan ikitərəfli əməkdaşlığın inkişafı məsələsinə toxunublar. Tərəflər Qazaxıstan və Rusiya xalqlarının firavanlığı naminə qurulmuş dostluq əlaqələrinin bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə ediblər”.
Məlumatda qeyd olunan ifadələr Putinin Nazarbayevi yüksək səviyyədə qəbul etdiyini göstərir və bu qəbul, ümumiyyətlə görüş bu ilin yanvar ayında Qazaxıstanda baş verənlər hadisələr fonunda diqqət çəkir.
Yanvar hadisələrinin nəticəsində Nazarbayevin bütün ətrafının neytrallaşdırılması, ardınca KTMT-nin müdaxiləsi o versiyanı önə çıxarırdı ki, Moskva elbaşının müstəqil, ən azı balanslaşdırılmış siyasətinə qarşı Qazaxıstanda “ipləri” yenidən əlinə alır. Lakin Putinin Nazarbayevi indi qəbul etməsi suallar yaradır və iki ehtimalı önə çıxarır:
Birincisi, yanvar hadisələri, ümumiyyətlə Qazaxıstanın “yenilənməsi” prosesində Nazarbayev də gizli iştirakçı idi;
İkincisi, Tokayevin son addımları Kremlin mövqeyinə təsir edib: Qazaxıstanda prezidentin səlahiyyətlərinin azaldılması da daxil olmaqla tarixi hadisə hesab edilə biləcək islahatlar həyata keçirilir və bu, Rusiyanın maraqlarına uyğun olmaya bilər; Nazarbayevi neytrallaşdırmaq üçün Tokayevdən istifadə edən Moskva indi əks gedişlə Qazaxıstan daxili siyasətinə təsirini saxlamağa çalışır;
Burada əsas məqamlardan biri isə Türkiyə amili ola bilər. Yanvar hadisələrindən sonra “yoxa çıxan” Nazarbayev ilk dəfə Antalya Diplomatik Forumunda ortaya çıxdı və Ərdoğan tərəfindən qəbul olundu. İstisna deyil ki, Putin Ankaranın dəstəklədiyi Nazarbayevlə bütün bağları qoparmaq istəmir.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi






.jpg)









.jpg)



















.jpg)
.jpg)