Nida Təhlil
Zabitlərinin gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu - Müdafiə naziri
Bu gün rəşadətli Azərbaycan Ordusu işğaldan azad edilmiş ərazilərimizdə öz mövqelərini daha da möhkəmləndirərək cənab Prezidentin rəhbərliyi ilə başlayan genişmiqyaslı bərpa-quruculuq və yenidənqurma işlərinə və Böyük Qayıdışa layiqli töhfələrini verməkdədir.
Publika.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrikində yer alıb.
"Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda, orduda aparılan genişmiqyaslı islahatlar, keçirilən təlimlər, düşmənin təxribatlarına qarşı aparılan uğurlu irimiqyaslı əks-hücum əməliyyatları şəxsi heyətin qələbə əzmini daha da gücləndirərək 2020-ci il Azərbaycan Ordusunun tarixinə Zəfər ili kimi daxil edildi.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında - 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, qətiyyətli addımları, yüksək diplomatik bacarığı və ordumuzun vətənpərvər, qəhrəman əsgər və zabitlərinin gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu", - təbrikdə vurğulanıb.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi


































.jpg)
.jpg)