Nida Təhlil
Kreml Njdenin heykəlinin götürülməsinə nail olacaqmı? – Qurbanovdan TƏFƏRRÜATLAR
“Faşizm ideoloqları ilə əməkdaşlıq eləmiş Qaregin Njdenin heykəli İrəvanın mərkəzi meydanından götürülməlidir. Rusiyanın rəsmi orqanları, o cümlədən, şimal qonşumuzun Kommunist Partiyası bu məsələni qaldırıb və Ermənistan rəhbərliyindən heykəlin dərhal götürülməsini tələb ediblər. Ümid edirəm ki, Rusiya bu istəyinə nail olacaq. Bunu tələb etmək təkcə Rusiya üçün deyil, həm də ümumbəşəri bir işdir”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov deyib.
Azərbaycan kommunistlərinin liderinin sözlərinə görə, Moskvada Azərbaycan və Rusiya prezidentləri görüşərkən ölkə başçısı İlham Əliyev də bu məsələni qaldırıb:
“Prezident də bildirdi ki, faşistlərlə əməkdaşlıq etmiş Njdeyə İrəvanda heykəl qoyulub. Ermənistan cəmiyyətinin faşizmə münasibəti bu heykəl fonunda özünü göstərir. Ancaq təəssüflər olsun ki, Ermənistanın başına sığal çəkən dövlətlər çoxdur. Ona görə də Ermənistan bu gün özünü “ərköyün uşaq” kimi aparır. Njdenin heykəlinin götürülməsi zəruridir. Faşizm bütün dünyada qadağan edilib. Qadağan olunmuş və bütün insanlıq üçün zərərli olan bir ideologiyanın daşıyıcılarına heykəllər ucaltmaq Ermənistanda da yasaqlanmalıdır”.
“Bəs Rusiya Ukraynada olduğu kimi Ermənistandakı faşizm elementlərini təmizləmək üçün orada da hərbi, xüsusi əməliyyat keçirə bilərmi?” – sualına Azərbaycan Kommunist Partiyası liderinin cavabı birmənalı olub: “Bir heykəlin ucaldılması hələ faşizm elementlərinin olması demək deyil. Eyni zamanda, Ukraynada baş verən hadisələr Ermənistanda təkrarlanmır. Ukraynada “Slava Ukraini!” kimi faşist salamlaşmaları var. Bu, bir millətin digər millət üzərində ali üstünlüyə malik olmasıdır. Bildiyim Ermənistanda bu kimi faktlar yoxdur. Ermənistan bizə dost deyil və onlar vaxtilə torpaqlarımızı işğal ediblər. Həm də Ermənistan azərbaycanlılara qarşı sözün əsl mənasında faşizm hərəkətlərini həyata keçiriblər. Hətta Serj Sarkisyan özü də etiraf elədi ki, Xocalıda azərbaycanlılara qarşı necə qəddarlıq ediblər”.
Rauf Qurbanovun fikrincə, amma bu gün Ermənistandakı siyasi hakimiyyətin fəaliyyətində faşizm elementləri görsənmir: “Əksinə, Ermənistanda Rusiyanın Ukraynada apardığı əməliyyatları dəstəkləyən xeyli kütlə var. Bu nöqteyi nəzərdən hesab etmirəm ki, Ermənistanda bu gün faşizm elementləri mövcuddur. Ukraynada isə dövlət faşizm elementlərinə qarşı mübarizə aparmadı. Əksinə, Ukrayna rəhbərliyi onlarla işbirliyinə getdilər. Zelenski hakimiyyətə gələndə faşizm elementlərinə qarşı olacağını bildirmişdi. Təəssüf ki, o öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədi”.
Tural Turan
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər




















.png)


















