Nida Təhlil
Ermənistan yenidən həddini aşarsa...- Politoloq
“Ermənistan 30 il ərzində yanlış siyasət aparmaqla müharibəni qaçılmaz etdi. Nəticədə Azərbaycan 44 gün ərzində öz torpaqlarını azadlığa qovuşdurdu. Ordumuz 10 noyabr sazişinə uyğun olaraq yaxın zamanda Laçın şəhərinə nəzarət edəcək”.
Bunu Publika.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
T.Abbasov vurğulayıb ki, Paşinyan məcburiyyət qarşısında Laçının Azərbaycanın nəzarətinə keçəcəyini qəbul edib: “İlham Əliyevin ağıllı addımları Azərbaycanın maraqlarına xidmət edir. Ölkə başçısı çox doğru siyasət aparır. Dövlətimizin həyata keçirdiyi siyasət beynəlxalq hüquqa uyğundur. Nikol Paşinyan da anlayır ki, bizə müqavimət göstərərsə, daha ağır nəticələr əldə edəcəklər. Ölkəmizin atdığı addımlardan sonra Paşinyan belə bir açıqlama verməyə məcbur oldu. Ermənistan bizim bütün dediklərimizə əməl etməlidir. Azərbaycan Laçın şəhərindən sonra digər ərazilərə də nəzarəti bərpa edəcək. 44 günlük Vətən müharibəsindən sonra məğlub olan Ermənistan regionda sülhün bərqərar olması üçün çirkin xislətindən əl çəkməlidir. Azərbaycanın heç bir dövlətin torpağında gözü yoxdur. Ötən gün Prezident İlham Əliyev Silahlı Qüvvələr günü Qərbi Zəngəzur gedərək müəyyən mesajlar verdi. Dövlət başçısı yenidən bəyan etdi ki, Ermənistan bizə qarşı həddini aşmamalıdır. Revanşist qüvvələr yenidən baş qaldırmaq istəsə, “Dəmir yumruq” onların başını əzəcək.”
Rahib Ələsgərov
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi





































