Nida Təhlil
Deputat Elza Seyidcahana zəmanət verdi: AYB-yə üzv olacaq
“Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq üçün sənədlərimi təqdim eləmişəm. İnşallah, yaxın vaxtlarda üzv edərlər, hələ ki, növbədəyəm. AYB-yə üzv olmaq üçün kitabın çapdan çıxmalıdır. Mənim bir kitabım var, üç kitaba bərabərdir. Növbəm çatanda mən də AYB-yə üzv olacağam. AYB-yə üzv olmaq üçün mənə zəmanəti hörmətli millət vəkilimiz, dünya şöhrətli akademikimiz Nizami Cəfərov, Yazıçılar Birliyinin Şəki bölməsinin sədri Vaqif müəllim və dəfələrlə bəstəkar kimi sözlərinə müraciət etdiyim Cığatel xanımdır. Mənə daha çox zəmanət vermək istəyənlər var idi, amma 3 nəfər bəsdir”.
Bunu Publika.az-a açıqlamasında Əməkdar artist Elza Seyidcahan deyib.
Elza Seyidcahan bildirib ki, hələ birliyin keçmiş katibi, Xalq şairi, mərhum Fikrət Qocanın sağlığında kitabını AYB-yə təqdim edibmiş:
“Sadəcə olaraq pandemiya araya düşdü. Arzu edirəm ki, başqa ölkədə yox, birinci öz ölkəmdə Yazıçılar Birliyinin üzvü olum. Çünki şeirlərim Azərbaycandan kənarda da sevilir. Artıq rus və ingilis dillərinə tərcümə edilib. Bəzi şairlər Yazçılar Birliyində çalışdıqları üçün nizamnaməyə əsasən zəmanət verə bilmədilər. Həmin şairlər mənim şeirlərimi Rəsul Rza yaradıcılığı, eləcə də dünya klassiklərinin əsərləri ilə müqayisə ediblər. Bu da mənim üçün böyük dəyərdir. “Əşyalar", “Ruh”, “Fikir” adlı şeirlərim böyük müzakirələrə səbəb olub. 2016-cı ilin aprel döyüşləri zamanı “Bir yumruq olaq” şeirini yazmışdım. 2020-ci ildə isə bu şüar “Dəmir yumruq”la əvəzləndi. Mən bu şüarı ondan dörd il əvvəl musiqimdə səsləndirmişdim. Qələbə üverturası 18 xanəndənin ifasında 2020-ci ildə layihələşdirilmişdi. Bu musiqini 2016-cı ildə bəstələmişdim, yəni bu da mənim uzaqgörənliyimdir. Əvvəl dediyim fikirlər sonradan həyatda öz əksini tapır. Yaradıcılıq budur, bu gün anlaşılmasa da, sabah anlaşılsın, illər ötdükcə, müzakirələrə səbəb olsun. Əsl yaradıcılıq elə budur”.
Tural Turan
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp



























.jpg)
.jpg)





