Nida Təhlil
Consonun istefasının geosiyasi savaşdakı yeri - TƏHLİL
Boris Conson baş nazir postundan istefa verdi: İngiltərədə yaşanan kabinet böhranı fonunda bunun daxili səbəblərdən qaynaqlandığı bəllidir. Amma “bu istefa Ukrayna müharibəsi və bu müharibə üzərindən dünyanın yenidən bölüşdürülməsi savaşının harasında yer alır” sualı da üzərində dayanmalı məqamdır.
Madrid zirvəsində NATO yeni - əsas hədəfini rəsmiləşdirdi: - Çin.
2021-ci ilin dekabrında başlanan Rusiya və ABŞ-NATO qarşıdurması və Ukraynada davam edən müharibənin nəticəsinə baxdıqda da yeni dünyanın qurulması mübarizəsini oxumaq mümkündür:
- ABŞ və Çinin iki əsas qütb olacağı yeni dünyada Rusiya yalnız “dünya gücü” kimi deyil, regional güc olaraq qəbul olunur;
- Yeni dünya ABŞ-ın təkqütblü güc olduğu nizamın dağılması, başqa sözlə, Amerika hegomonluğunun sıradan çıxması perspektivini vəd edir;
Bunu təkqütblü gücünü itirməyi arzulamayan ABŞ da istəmir, “dünya gücü” kimi qəbul edilmək istəyən Rusiya da. Rusiya Ukraynaya hücumla Çini yeni dünya gücü, ən azından “ikinci əsas qütb” edəcək layihənin (BRİ) önünü kəsir, həm də ABŞ-a NATO-nu gücləndirmək, Avropada köhnə müttəfiqləri yenidən öz orbiti ətrafına birləşdirmək imkanı yaratdı. Və bu, yeni dünyada Avropanı güc mərkəzinə çevirməyə çalışan, bunun üçün “Avropa ordusu” yaratmağı planlaşdıran Almaniya, Fransa, İtaliya kimi ölkələrin də yolunu bağlayırdı. Müharibə ilə Qərb cəbhəsinin birləşməsinə kömək edən Rusiya da ona biçilən “regional güc” donunu geyinməkdən imtina edir, yaxud qarşılığında bu mövqeyi qəbul olunur.
Conson Avropada Ukraynaya dəstəyi təşkil edən əsas fiqur idi və bu ABŞ-NATO cəbhəsi (yaxud NATO-nun güclənməsini istəyən qüvvələr) ilə uzlaşan mövqedir: ABŞ Avropanı NATO çətiri altında birləşdirmək və Çini səddin arxasında qalmasını istəyirsə, ingilislər müharibənin Rusiyanın “dünya gücü” kimi qəbul edilməsi ilə nəticələnməsinə qarşıdırlar;
Bu uzlaşan mövqe Ukrayna müharibəsinin necə bitəcəyi məsələsində toqquşur:
- Müharibə ABŞ-NATO cəbhəsinə Fransa və Almaniya da daxil olmaqla Avropanı öz orbitinə qaytarana və Qərb cəbhəsini strateji hədəf kimi gördüyü Çinə qarşı bütövlükdə birləşdirənə qədər davam etməli idi;
- İngiltərə (Conson) müharibənin Rusiyanın “regional güc” rolunu qəbul edənə qədər istəyir;
Madrid zirvəsində NATO istəyinə nail oldu. Artıq müharibə bitməli, Rusiyanın mövqeyi bu və ya digər formada qəbul edilməlidir. Consonun (və arxasındakı qüvvənin) dəstəyi buna imkan vermir və prosesin uzanması, xüsusilə enerji və taxıl böhranı bir cəbhədə birləşən Avropada Vaşinqtona qarşı çağırışları yenidən aktuallaşdırır.
Proseslərə bu kontekstdə yanaşdıqda Consonun istefaya məcbur edilməsi və bunun məhz Çinin rəsmi şəkildə rəqib elan edildiyi Madrid zirvəsindən sonra baş verməsi məsələnin daxili səbəbləri ilə yanaşı, geosiyasi savaşın tərkib hissəsi olduğu ehtimalını da önə çıxarır.
Conson istefasına baxmayaraq, Ukraynaya dəstəyin davam edəcəyini deyir. Hərçənd, kabinet böhranı, yeni seçkilər diqqətin daxili proseslərə yönəlməsinə səbəb olacaq və bu, Ukrayna cəbhəsindəki vəziyyəti də dəyişdirə bilər.
İstisna deyil ki, qarşıdakı dövrdə Qərbə cəbhəsində Ukraynanın Rusiya ilə masaya əyləşməsi istəyi daha sıx dilə gətiriləcək.
Asif Nərimanlı
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO