Nida Təhlil
"Veteranlara qayğı göstərməyən məmur cəzalandırılmalıdır" - Deputat
"Şəhid ailələrinə, qazilərə və müharibə veteranlarının hamısına dövlət tərəfindən kifayət qədər qayğı göstərilir. Onların mənzil-məişət şəraiti, işlə, avtombillə təmin olunması və müalicə alması kimi məsələləri müvafiq qurumlar həyata keçirir".
Bunu Publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev şəhid ailələri, qazilər və müharibə iştirakçılarına xüsusi qayğı göstərilməsi ilə bağlı tapşırıqlar verib. Ancaq qazilər icra hakimiyyətləri və Sosial Müdafiə Nazirliyindən narazılıq edirlər. Belə olduqda isə müəyyən problemlər üzə çıxır. Müharibədə iştirak edən şəxslər vətən uğrunda sağlamlıqlarını heçə sayıb düşməni torpaqlarımızdan çıxarıblar. Onların bir çoxunun sağlamlıqlarında və psixoloji durumlarında problemlər yaranıb. Onuda qeyd etmək lazımdır ki, qazilərimizin çoxu dövlət tərəfindən xarici ölkələrdə müalicə olunub. Ancaq ümumi olaraq respublika ərazisində bəzi icra orqanlarının laqeydlikləri nəticəsində bu cür xoşagəlməz hallar baş verir".
E.Məmmədov vurğulayıb ki, hər bir şəxs tərəfindən müharibə iştirakçılarına xüsusi diqqət göstərilməlidir: "Belə olduğu halda initharların və digər hadisələrin qarşısın almaq olar. Müəyyən vəzifə sahibi olan şəxslər müharibə iştirakçılarına qayğı ilə yaxınlaşmalıdır. Əgər belə etmirlərsə, cəzalandırlmalıdırlar. Elə kiçik bölgələr var ki, orada qazilərin sayı azdır. Yəni onların problemlərinin həll olunması bu qədərmi çətindir?! Sadəcə olaraq onlarla maraqlanıb, problemlərini həll etmək lazımdır ki, özünə qəsd edəcək həddə çatmasın. Həmin şəxslərlər müvafiq icra orqanları, psixoloqlar və digər dövlət orqanları danışıqlar aparmalıdır. Ötən gün bir qazinin problemi ilə bağlı Sosial Müdafiə nazirinin müavini Anar əliyevlə əlaqə saxladım. O mənim qaldırdığım məsələyə çox operativ yanaşdı və problemin həlli üçün həmin şəxsin telefon nömrəsini götürdü. Yəni burada elə məsələlər var ki, onlar təxirə salınmamalıdır. Əlillik düşməyən şəxslərə bunun səbəbi düzgün bir şəkildə izah olunmalıdır. Bütün bu nüanslara diqqətsiz yanaşdıqda, müəyyən problemlər yaranacaq. Ona görə də icra qurumları bu məsələlərin həll olunması üçün çox diqqətli addımlar atmalıdır".
Rahib Ələsgərov
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin124 Oktyabr 21:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan


























.jpg)









