Nida Təhlil
"Sosial şəbəkədə sərbəstlik var, ona görə düşünülməmiş addımlar atılır" - Qulu Məhərrəmli
"Sosial şəbəkələr sərbəst platformadır. Ancaq hər bir sosial şəbəkə istifadəçisinin məsuliyyəti olmalıdır. Elə şeylər var ki, onları yazmaq məqbul deyil".
Bunu Publika.az-a açıqlamasında BDU-nun jurnalistika fakültəsinin professoru, tanınmış jurnalist Qulu Məhərrəmli deyib.
Professor bildirib ki, dövlət əhəmiyyətli informasiyaların paylaşılması yolverilməzdir:
"44 günlük Vətən müharibəsində də bununla bağlı çağırış olmuşdu. Çünki belə şeylər düşmən üçün əlavə informasiyalar idi. O zaman vətəndaşlarımız buna əməl edirdilər. İndi isə insanlarda sərbəstlik çoxalıb və ona görə də düşünülməmiş addımlar atılır. Həmin məlumatların yayılmaması ilə bağlı kütləvi informasiya vasitələri tərəfindən kifayət qədər xəbərdarlıq olunub. Dövlət əhəmiyyətli və hərbi xarakter daşıyan məlumatların paylaşılması doğru deyil".
Q.Məhərrəmli vurğulayıb ki, Bu cür halların qarşısını almaq üçün əhalinin məlumatlandırılması işini genişləndirmək lazımdır:
"Sosial şəbəkə istifadəçilərinin konkret öhdəlikləri olmalıdır. Bunlara etik qaydaların pozulmaması, hakimiyyətinin zorakılıqla dəyişdirilməsinə çağırış etməmək, insanların şəxsi həyatı və onların ləyaqətini qorumaq kimi nüanslara diqqət etmək lazımdır. Sadalanan qaydaları pozanlar birbaşa məsuliyyət daşıyır. Yəni həmin qaydalara riayyət etməyənlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cəzalandırılır. Orada qeyd edilən 147-ci maddə həm də sosial şəxəbəkələri əhatə edir. Ancaq bu cür məsələləri bəhanə edib insanların söz, düşüncə azadlığını da məhdudlaşdırmaq olmaz. Yəni, vətəndaşlarımız doğru və səhv olan məsələlər arasındakı sərhədi çox yaxşı təyin etməlidir. Cəmiyyət bu mövzularda savadlandırılmalıdır ki, saxta xəbəri etibarlıdan ayıra bilsin. Bu işi görən dövlət strukturları var. Onlar məlumatlandırma və təbliğat işləri aparmalıdırlar".
Rahib Ələsgərov
-
Magazin208:12Attraksiondan yıxılan müğənni həyatını itirdi
-
Mətbəx08:00Mərcimək kotletinə hansı ədviyyatlar vurulur?
-
İdman06:46Dünyanın ən yaxşı qapıçılarının yeni reytinqi
-
Magazin206:16Xanımına tərəf müqabili ilə xəyanət edib? - İDDİA
-
İqtisadi gündəm03:43Neftlə bağlı BƏDBİN PROQNOZ - Aprel ayı daha gərgin olacaq
-
İqtisadi gündəm00:45Qiymətli metallar kəskin bahalaşdı
-
Qoroskop00:15Günün ULDUZ FALI - Səma sizə güclü bir həqiqəti pıçıldayır
-
Sosial14 Aprel 23:36Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş - Adlar




































