Nida Təhlil
Azərbaycan üçün yeni PERSPEKTİV: Bakı Orta Dəhlizə qoşulur?
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlamasında bildirib ki, son zamanlar Asiya və Orta Asiyada məhsulların Rusiya üzərindən Avropa bazarlarına çatdırılması, xüsusilə Ukrayna ilə müharibə səbəbindən çətin və qeyri-mümkün görünür. Buna görə də Orta Dəhlizin və Azərbaycan, Gürcüstan və Türkiyənin mövqeyinin əhəmiyyəti artır.
Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Publika.az-a açıqlamasında, qeyd edilən xətlə yüklərin daşınması sahəsində böyük problemlərin olduğunu təsdiq etdi:
“Rusiya-Ukrayna müharibəsi problemi daha da böyütdüyü üçün vəziyyətdən çıxış yolu tapılmalıdır. Mövlud Çavuşoğlu əslində səmimi şəkildə vəziyyətin ciddi olduğunu diqqətə çatdırır. Hər halda böyük dövlətlər bu istiqamətdə müzakirələr apararaq, bir nəticə əldə etməlidirlər”.
Çavuşoğlu rəsmi Ankaranın qarşıdakı dövrdə Gürcüstanı da belə görüşlərə qatmaq istəyilə bağlı məlumat verib.
Bu istəyin çoxdan mövcud olduğunu deyən F.Mustafa Türkiyənin həmişə Gürcüstanı bütün siyasi-iqtisadi formatlara qoşmağa çalışdığını qeyd etdi:
“Gürcüstan hükuməti bəzi hallarda müəmmalı davranışlar nümayiş etdirərək, Qərbdən, yaxud da Rusiyadan gələn mesajlarla Türkiyə ilə yaxınlaşma məsələsində bir qədər fərqli mövqe göstərir. Amma Ankara bu kursu davam etdirməkdə maraqlıdır, çünki Gürcüstanın regional layihələrdə iştirakını çox vacib sayır və bu istiqamətdəki dəstəyini heç bir vaxt əsirgəmir. Rəsmi Bakı bu məsələdən imtina etməyəcək. Dəhlizin açılması həm bölgə dövlətlərini bir-biri ilə daha da yaxınlaşdıracaq, həm də sülhün təminatına səbəb olacaq. Bağlı qalmış kommunikasiya xətləri açılacaq, dövlətlər güzəştli tariflərlə daşınmalar həyata keçirərək, qısa müddətdə öz büdcələri üçün böyük vəsait əldə edəcəklər”.
Deputatın sözlərinə görə, burdan ən çox qazanc əldə edən dövlətlərdən biri də Ermənistan olacaq:
“Çünki, uzun müddət qapalı rejimdə qaldığı üçün iqtisadiyyatı tamamilə çökmüş vəziyyətdədir. Buna görə də Yerevan bu şansdan istifadə etməlidir. Azərbaycan isə burada sülhün təminatçısı kimi çıxış edəcək. Dəhliz olandan sonra heç bir dövlətin bölgədə müharibə başlatmağa marağı olmayacaq və yaxud, özünü müharibə bölgədə istəyən kənar dövlətlərə alət olmağa rəva görməyəcək”.
Rövşən Ziya
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


