Nida Təhlil
Mediadan KÜÇƏ QEYBƏTİ yığışdırılmalıdır – Ekspert
“Bu gün Azərbaycan mediası təməl meyarlarından xeyli ayrılıb və qurşaqdan aşağı xəbərlər dərc etməklə səviyyəsini aşağı salıb. Media istər dövlət, istərsə də özəl qurumda baş vermiş hansısa hadisə və ya cəmiyyəti məşğul edən proseslərlə bağlı savadlı, ağıllı və təmkinli yanaşma sərgiləməlidir”.
Bu fikri Publika.az-a açıqlayan media eksperti, əməkdar jurnalist Azər Həsrətin sözlərinə görə, təəssüf ki, ölkə mətbuatında bunun əksi baş verir:
“Bəzən elektron mediamızda "çayxana söhbətləri", “küçə qeybəti” səviyyəsində təqdimatlar müşahidə olunur. Azərbaycanda media azadlığı var, istənilən şəxs özünə jurnalist deyə və istənilən mətbu orqanla, saytla əməkdaşlıq edə bilər. Bu səbəbdən mediada təsadüfi adamların sayı çoxalıb. Belələri “küçə qeybətini” tam çılpaqlığı ilə, cəmiyyətə zərər vuracaq şəkildə təqdim edir. Bunu aradan qaldırmağın bir yolu var: peşəkarlıq yüksəldilməli və media ciddiləşməlidir. Düzdür, ölkədə ciddi media orqanları kifayət qədərdir, amma ümumi keyfiyyət yüksəldilməlidir ki, “küçə qeybətləri” gündəmi zəbt etməsin”.
Bu gün Medianın İnkişafı Agentliyi (MEDİA) media subyektlərinə müraciətində jurnalistikanın əsas norma və prinsiplərinin pozulması ilə bağlı xəbərdarlıq etdi. Azər Həsrət bununla bağlı bildirdi ki, “Media haqqında” yeni qanun agentliyə bəzi səlahiyyətlər verib:
“Bu qanun imkan verir ki, MEDİA Agentliyi mətbuat orqanlarına bu cür xəbərdarlıqlar etsin və zəruri tədbirlər görsün. Qurum bu yöndə ilk addımlarını atmağa başlayıb. Özünə hörmət edən, jurnalist etikası və prinsipləri çərçivəsində fəaliyyət göstərən media qurumu belə bir xəbərdarlığı almağa şərait yaratmamalıdır. Təəssüf ki, keyfiyyəti aşağı, kəmiyyəti yüksək olan, jurnalist peşəsinə bu və ya digər formada zərbə vuran insanların hesabına bütün media təsisatları xəbərdarlığa məruz qalır. Hesab edirəm ki, xəbərdarlığı vecinə almayan, bundan nəticə hasil etməyənlər mətbuatdan getməlidir”.
Rövşən Ziya
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






.jpg)






.jpg)























.jpg)
.jpg)