Bakı, Ankara və Moskva bu məsələdə razılığa gəlib – Politoloq
Bizi izləyin

Nida Təhlil

Bakı, Ankara və Moskva bu məsələdə razılığa gəlib – Politoloq

Azərbaycan üçün Ermənistanla danışıqlar predmeti olacaq əsas məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Artıq Qarabağ münaqişəsi bitib və bəzi problemlərin həlli İrəvanla müzakirə edilməyəcək. Həmçinin, Qarabağda yerli ermənilərlə ilk təmas da reallaşıb. Ona görə də hazırda Ermənistanla danışıqların əsas məğzini iki ölkə arasında münasibətlərin qurulması, xüsusilə Zəngəzur dəhlizinin açılması təşkil edir.

Bunu Publika.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

O qeyd edib ki, Azərbaycan üçün Zəngəzur dəhlizinin açılması strateji əhəmiyyətlidir, eyni zamanda Türkiyə üçün də pioritet kəsb edir: “Türkiyənin Mərkəzi Asiyaya açılması, türk dövlətləri ilə siyasi-iqtisadi əlaqələri, həmçinin Rusiya ilə dəmiryol əlaqəsinin qurulması məhz bu dəhliz vasitəsilə reallaşmalıdır. Yeni dünya nizamında Türkiyənin siyasi-iqtisadi mövqeyinin möhkəmlənməsində bu dəhlizin açılması xüsusi əhəmiyyət kəsb edir. Artıq Ankara Zəngəzur dəhlizinin açılmasını Rusiya ilə müzakirə edir”.

Politoloq bildirib ki, Rusiya əvvəllər bu dəhlizin açılmamasında maraqlı idi. Ukrayna müharibəsi fonunda Rusiyaya tətbiq olunan ağır iqtisadi sanksiyalar Kremlin öz mövqeyindən geri çəkilməsinə gətirib çıxardı: “Ankara dəhlizin açılmasını Moskva ilə razılaşdırdı. Demək, Bakı, Ankara və Moskva Zəngəzur dəhlizinin açılması istiqamətində razılığa gəlib. Hazırda təkcə İrəvan və Tehran belə bir dəhlizin açılmamasında maraqlıdır. Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamənin 9-cu bəndinə əsasən müddətsiz dəhlizin açılmasına razılaşıb, ancaq İrəvan həmişəki kimi yenə də razılaşmalardan geri çəkilir. Unudur ki, artıq Azərbaycan qalib tərəfdir və Ermənistanın çıxış yolu yoxdur.

Əgər bəyannamədə dəhlizin açılması qeyd olunubsa, İrəvanın bütün avantüralarına rəğmən açılacaq. Çünki öhdəliyə imza atıb. Zənnimcə, Prezident İlham Əliyev və Nikol Paşinyan arasında növbəti görüşlərdə Zəngəzur dəhlizinin açılması müzakirə ediləcək. Azərbaycan dövlət başçısı bu məsələdə prinspialdır və rəsmi İrəvan buna getməsə güc tətbiqindən də çəkinməyəcək. Onu da deyim ki, rəsmi İrəvan məhz türkofobiya siyasətinə görə belə bir dəhlizdən imtina edir. İran isə Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiyada siyasi mövqeyinin artmasından narahat olduğu üçün kəskin şəkildə dəhlizin açılmasını qəbul etməyəcəyini elan edir”.

Məhəmməd Əsədullazadə onu da qeyd edib ki, Avropa İttifaqı və Böyük Britaniya da Zəngəzur dəhlizinin açılmasında maraqlıdır: “Avropa ölkələri Rusiyadan yan keçməklə Qərblə Şərqi birləşdirən bu nəqliyyat dəhlizinin iqtisadi faydalarının fərqindədir. Belə ki, Qərb yeni marşutla Çin və Uzaq Şərq ölkələri ilə quru əlaqəsini bərpa etmiş olur.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm