Nida Təhlil
“Şarl Mişelin rolu və vasitəçiliyi yüksək qiymətləndirilməlidir” - Politoloq
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən sayca dördüncü Brüssel görüşü də Azərbaycanın danışıqlar masasından qalib kimi ayrılması ilə nəticələndi. Brüssel danışıqlarında ATƏT-in Minsk qrupu formatı barədə demək olar ki, heç nə yoxdur. Minsk qrupu formatı artıq ləğv olunub. Hazırda Azərbaycan tərəfindən irəli sürülən və Ermənistanın qəbul etdiyi beş prinsip əsasında sülh müqaviləsinin imzalanması istiqamətində danışıqlar aparılır.
Bunu Publika.az-a açıqlamasında siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib.
O qeyd edib ki, bu ilin noyabr ayında Brüsseldə üçtərəfli formatda növbəti görüşün keçirilməsi barədə razılıq əldə olunub. Həmçinin, sərhədlərin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın növbətinin iclasının Brüsseldə keçirilməsi qərara alınıb.
M.Əsədullazadə ehtimal edir ki, Ermənistan ordusunun Qarabağdakı qalıqları hissə-hissə çıxarılacaq və özünü “müdafiə ordusu” adlanan tör-töküntülərin ləğvi həyata keçiriləcək: “Qeyd edim ki, yerli separatçıların “liderləri” qanunsuz silahlı birləşmələrin ləğvini Azərbaycan rəsmiləri ilə müzakirə edərək Bakının tələblərinin yerinə yetirilməsinə razılaşıblar. Danışıqları onların “liderlərindən” olan Vitali Balasanyan aparır. Balasanyanın Birinci Qarabağ müharibəsindən Azərbaycanla danışıqlar aparmaq təcrübəsi var”.
Politoloq Brüssel görüşünün ATƏT-in Minsk qrupunun tarixin arxivinə qovuşmasının daha bir göstəricisi olduğunu vurğulayaraq, Avropa İttifaqı Şurasının və şuranın prezidenti Şarl Mişelin rolunu yüksək qiymətləndirib: “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında Avropa İttifaqının vasitəçiliyi var, burada Qarabağ mövzusu yoxdur və bu məsələ Azərbaycann daxili işi hesab olunur. Göründüyü kimi, Avropa İttifaqının vasitəçiliyi müəyyən qədər effektivdir. Rəsmi Bakı da bu formatdan və müzakirələrin nəticələrindən məmnundur. Bu xüsusda Şarl Mişelin rolunun və vasitəçiliyinin qeyd edilməsində fayda var. Lakin əlbəttə ki, bütün bu baş verənlər Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir”.
Səxavət Həmid
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi






.jpg)












.jpg)















.jpg)
.jpg)
