Nida Təhlil
Paşinyan Qərbdə bir, Rusiyada DİGƏR MÖVQE sərgiləyir – ŞƏRH
BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşma ilə əlaqədar təcili iclasında Azərbaycan əleyhinə hər hansı əlahiddə qərar qəbul edilmədi. Bu, Azərbaycanın diplomatik müstəvidə Ermənistan üzərində qələbəsidir.
Bunu Publika.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar BMT səviyyəsində demək olar ki, qəbul edilir:
“Ermənistanın BMT Təhlükəsizlik Şurasından, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından gözləntiləri reallaşmadı. Artıq Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında atəşkəs əldə edilib. Nikol Paşinyan razılaşmalara əməl etməyəcəksə, hərbi toqquşmaların davam etməsi istisna deyil”.
Ermənistan Baş nazirinin yenidən Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmasına münasibət bildirən M.Əsədullazadə deyib ki, N.Paşinyan Qərbdə bir, Rusiyada digər mövqe sərgiləyir:
“Məhz bunun nəticəsidir ki, bu gün ölkəsini dalan vəziyyətinə gətirib. Ermənistan artıq siyasi cəhətdən beynəlxalq birliyin dəstəyini ala bilmir. Azərbaycan həm diplomatik, həm də hərbi müstəvidə Ermənistanı çoxdan üstələyib”.
Politoloq ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri haqda da danışıb. O qeyd edib ki, bu səfərdə məqsəd Nikol Paşinyanı Rusiyanın təzyiqlərindən qorumaqdır:
“ABŞ Azərbaycan və Ermənistan arasında vasitəçi olaraq böyük sülh sazişinin imzalanmasında maraqlıdır. Amma Rusiyanın buna şərait yaratmayacağı, Moskvanın təşəbbüsü ilə sülh müqaviləsinin bağlanması istisna deyil. Görünən odur ki, Rusiya Brüssel formatını fiaskoya uğratmağa çalışır. Təbii ki, bu proses Nikol Paşinyanın siyasi iradəsizliyi üzündən baş verir. Paşinyan Moskvadan uzaqlaşmayanadək ölkəsində siyasi sabitlik mümkün olmayacaq”.
Səxavət Həmid
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





























.jpg)







.jpg)


