Nida Təhlil
Zərdüşt Əlizadə: “Qərb Ukraynanın əli ilə Rusiyanı məhv edir”
Rusiyada qismən səfərbərlik edilməsi tamamilə mənasız, məntiqsiz işdir.
Bunu Publika.az-a açıqlamasında şərqşünas, politoloq Zərdüşt Əlizadə bildirib.
O qeyd edib ki, qüvvələr nisbəti, rus ordusunun vəziyyəti bəllidir:
“Ənənəvi, qanunla qadağan olunmamış silahlarla müharibə aparılarsa, Ukraynanın qələbəsi şəksizdir. Lakin Rusiyanın qismən səfərbərlik elan etməsinin məqsədi odur ki, indiyədək tutulan əraziləri Ukrayna ordusunun əks-hücumundan qorusun, referendum keçirərək bu əraziləri Rusiya Federasiyasının ərazisi elan etsin. Sonra da desin ki, kim Rusiyanın qanuni ərazisinə hücum etsə, onu nüvə silahı ilə vuracaq. Yəni, şantaja keçirlər. Ukrayna bu şantajdan qorxmayacaq. Amma Qərb... Bir var rahat həyata öyrəşmiş ağciyər Avropa, bir də var dünya gücü Amerika. Amerika da müxtəlif cürdür. İndi onların necə reaksiya verəcəyi maraqlıdır. Onlar bu şantaja boyun əyməyib riskə getsələr, kim geri çəkiləcək: Rusiya, yoxsa Qərb? Ukraynanın özünün müharibə aparmaq imkanları çox məhduddur. Müharibəni Qərbin verdiyi silah və pulla aparır. Döyüşənlər Ukrayna əsgərləri, zabitləri, bir sözlə, Ukrayna kişiləridir. Amma maddi ehtiyatları, silahı Qərb verir. Qərb silah-sursat verməkdən vaz keçsə, Ukraynanın nə seçimi qalacaq?!”
Zərdüşt Əlizadənin sözlərinə görə, Qərb şantaja boyun əyməsə, Ukraynaya silah və pulu verməkdə davam etsə, Rusiyanın dəfələrlə dediyi kimi, qərar qəbul edən nöqtələrə – Kiyevə taktiki nüvə bombası atmağa cəsarəti çatacaqmı? Əgər bunu edəcəksə, təbii ki, Ukrayna tabe olmayacaq. Amma bundan sonra Rusiyanın başına nə gələcək? Onlar Şimali Koreyadan betər vəziyyətə düşəcək. Rusiya ilə əlaqələr kəsiləcək. Tam iqtisadi mühasirəyə düşəcəklər”.
Rusiya-Ukrayna müharibəsinin qalibinin kim olacağına dair sualımızı cavablandıran Zərdüşt Əlizadə deyib:
“Rusiya bu müharibədən qalib kimi çıxa bilməz. Bu, cavan, sağlam bir oğlanla, güclü idmançı ilə beş yaşlı uşağın vuruşmasına bənzəyir. Beş yaşlı uşağın 20 yaşlı oğlana qalib gəlmək imkanı var? Yoxdur! Rusiya o cür zəifdir. Vəziyyət dəyişib. Rusiya SSRİ deyil. SSRİ dünyanın qüdrətli dövlətlərindən biri idi. Dünya üzrə istehsalda Rusiyanın payı 1,5 faiz, Qərbin, yəni Amerikanın, Avropanın payı 50 faizdir. Qüvvələr nisbəti yerlə göy qədərdir. Əlli faiz payı, iqtisadi gücü olan Qərb 1,5 faiz payı olan Rusiyaya uduzacaq? Bu mümkündür?!”
Politoloq bildirib ki, səfərbərlik elan olunmasının faydası olmayacaq:
“Tutaq ki, 300 min adam yığdı. Onları idarə etmək, silahlandırmaq, təlim keçmək də var axı. Digər tərəfdən, Ukraynanın təchizatı Qərbdən gəlir. Qərb özü müharibə aparmır, bir əsgəri, bir zabiti ölmür, amma geosiyasi rəqibi Rusiya Ukraynanın əli ilə məhv olub gedir. Özü oturub qıraqda, əmin-amanlıqda, təhlükəsizlikdə. Ukraynaya silah verir. Xoxollar da vuruşur. Özü də kişi kimi, qəhrəmanlıqla, bacarıqla vuruşurlar. Sübut edirlər ki, Ukrayna ordusunun səviyyəsi, bacarığı, qəhrəmanlığı var. Vətənlərini qoruyurlar. Rusiya hansısa xülyalara görə vuruşur, ancaq ukraynalılar Vətənlərinə, doğma torpaqlarına, evlərinə görə döyüşürlər”.
Rusiyanın və Ukraynanın xüsusi hərbi əməliyyat zamanı verdiyi itkilərə dair müdafiə naziri Sergey Şoyqunun açıqladığı məlumata dair fikirlərini bölüşən politoloq deyib:
“Şoyqu dedi 6 min itirmişik. Ukrayna deyir ruslardan 50 min ölüb, 50 min də yaralanıb. Üst-üstdə 100 mini keçib. İndi hərə bir yalan deyir. Belə bir söz var: heç vaxt ovdan və müharibədən sonra olan qədər yalan danışılmır. İndi də hamı yalan danışır. Mən tələbə idim. Ərəb dilini öyrənirdim. Biz mətnləri tərcümə edirdik. Orada belə bir cümlə var idi ki, Sovet İttifaqı İkinci Dünya müharibəsində 20 milyondan artıq insan itirib. Hazırda mənim 77 yaşım var. İndi yazırlar ki, 28 milyon adam itirilib. Səkkiz milyon artdı. Heç kim dəqiq deyə bilmir. Hərə bir rəqəm deyir. Başdanxarab, alçaq, satqın Soljenitsın (ədəbiyyat üzrə 1970-ci ildə “Nobel” mükafatı laureatı Aleksandr Soljenitsın-müəll.) yazırdı ki, 60 milyon adam ölüb. Yəni, hərə bir cür yalan danışır”.
Səxavət Həmid
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...