Nida Təhlil
Kreml Qarabağda konsulluq açmağa hazırlaşır? - ŞOK DETALLAR - VİDEO
11:42
“Qarabağda Rusiya konsulluğunun açılması tamamilə yolverilməzdir. Rusiya bu barədə heç bir rəsmi mənbədə məlumat paylaşmayıb. Yalnız ekspert səviyyəsində fikir ifadə olunub. Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan ərazisində hər hansı xüsusi nümayəndəliyin açılması rəsmi Bakının və Xarici İşlər Nazirliyinin icazəsi ilə mümkündür. Bu barədə etimadnamələr cənab Prezidentə təqdim olunur. Bununla bağlı diplomatik yazışmalar həyata keçirilir. Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdiyi Qarabağın dağlıq hissəsində Kremlin konsulluq açması qətiyyən qəbul olunan yanaşma deyil. Əksinə, bu, vəziyyətin gərginləşdirilməsinə xidmət edən bir addım ola bilər”.
Bunu Publika.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Rusiyalı politoloq Anton Bredixin “Rusiya Qarabağda diplomatik nümayəndəlik açmalıdır” fikrinə münasibət bildirən ekspertin fikrincə, bu, Rusiya və Azərbaycan arasında 22 fevral 2022-ci il tarixində imzalanan müttəfiqlik haqqında bəyannamənin müddəalarına ziddir:
“Düşünürəm ki, Bakı ilə Kreml arasındakı müxtəlif danışıqlarla, təmaslarla bu iddianın da aradan qaldırılmasını görəcəyik. Çünki hazırda bu tipli hansısa addımın atılması Azərbaycan Rusiya münasibətlərini poza bilər. Nəzərə almaq lazımdır ki, Rusiya-Ukrayna müharibəsi fonunda Kremlin Cənubi Qafqazdakı mövqeləri zəifləyib. Bu cür radikal addımın atılması arzuolunan deyil”.
Politoloq düşünür ki, hazırda regionda vəziyyət kifayət qədər gərgindir:
“Son dövrlər diplomatik nümayəndəliklərin açılması ilə bağlı regional güclər fəaliyyətə keçiblər. İranın Qafanda, Qərbi Zəngəzurda konsulluq açmasına cavab olaraq Türkiyə Prezidenti də Zəngilan Beynəlxalq Hava Limanının açılışı çərçivəsində Şuşada qardaş ölkənin konsulluğunun açılacağı ilə bağlı fikirlərini səsləndirdi”.
İlyas Hseynovun sözlərinə görə, Türkiyənin Şuşada konsulluq açmaq məsələsi uzun müddətdir gündəmdədir:
“Düşünürəm ki, Azərbaycan və Türkiyə bu prosesi tezliklə reallaşdırmalıdır. Digər tərəfdən, maraqlıdır ki, son dövrlər şimal qonşumuz Rusiyanın regionda aktivləşməsi ilə bağlı bir sıra təşəbbüslər irəli sürülür. Sanki ötən il baş verənləri hazırkı proseslər təkrarlayır. Avropa İttifaqının prezidenti Şarl Mişel sosial şəbəkə hesabında bildirmişdi ki, Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə görüş keçiriləcək. Rusiya tərəfi tez bir zamanda Soçi görüşünü reallaşdırdı. Həmin görüş noyabrın 26-da keçirildi. Hazırkı durumda isə yenə də noyabrda yeni Brüssel formatında görüşün keçirilməsi ehtimal olunur. Cari ilin avqustun 31-də Şarl Mişel görüş sonrası bəyanatında bu barədə qeyd edib. Yenə də Rusiya Brüssel görüşü öncəsi Soçidə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünü keçirməyi planlaşdırır. Astanda MDB dövlət başçılarının zirvə görüşündə prezident Putin bu barədə anons etdi. Moskvanın vasitəçiliyi ilə yeni görüşün keçirilməsi niyyəti ifadə olundu”.
Tural Turan
-
İqtisadi gündəm05:45Gümüşdən sonra qızıl da kəskin ucuzlaşdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyatınıza ciddi bir insan daxil ola bilər
-
Magazin19 İyun 23:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO
-
MDB9 İyun 23:12Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO
-
Sosial9 İyun 22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin19 İyun 21:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB9 İyun 20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə9 İyun 18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?







































