Nida Təhlil
Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz düşməni diz çökdürdü - Deputat
“8 Noyabr Ali Baş Komandanın və rəşadətli ordumuzun Şuşanı işğaldan azad etdiyi gündür. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad olundu”.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük döyüşlərdə düşməni diz çökdürüb, torpaqlarımızı işğalçılardan təmizləyərək, ərazi bütövlüyümüzü bərpa edib:
“Tarixi ədalət bərpa olundu. Dövlət başçısı Ermənistana və onun himayədarlarına sübut etdi ki, Qarabağ Azərbaycandır! Prezident İlham Əliyevin sərəncamına əsasən, hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü, noyabrın 8-i isə Zəfər Günü kimi qeyd olunur. Sərəncamlarda da qeyd olunduğu kimi, İkinci Qarabağ savaşında düşmən hər cür təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla çoxlu müharibə cinayətləri törədib. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız böyük əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə ardıcıl sarsıdıcı zərbələr endirdi. Azərbaycan xalqı özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi”.
C.Məmmədov bildirib ki, məhz bu qələbə nəticəsində bu gün Azərbaycan xalqı sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət, hədsiz fərəh, qürur hissləri yaşayır:
“Bu zəfərlə biz, Ermənistanın 30 illik işğalına son qoyduq. Torpaqlarımızı azad etməklə, qalib dövlət və xalq kimi tarixə düşdük. Ermənilər bu cür cinayətləri 1905, 1906, 1918 və 1988-ci illərdə də müxtəlif formalarda törətmişdilər. Məşhur bir ifadə var: “Tarix təkrarlanır”. Bəzən tarix o zaman təkrarlanır ki, ondan nəticə çıxarılmır. Bu anım gününün təsis olunması və hər il qeyd olunması, bu vəhşiliklərin və təxribatların unudulmaması baxımından xüsusi əhəmiyyət daşıyır”.
Deputat bu gün İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərdə yüksək abadlıq və quruculuq işlərinin həyata keçirildiyini söyləyib:
“Qısa müddətdə Füzulidə və Zəngilanda beynəlxalq hava limanlarının inşa olunması, Zəngilanda “Ağıllı kənd” layihələrinin uğurla icra edilməsi, Zəfər yolunun inşası, Beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizinin təməlinin qoyulması, işğaldan azad olunmuş rayonların baş planlarının hazırlanması, həmin ərazilərdə dəmir yollarının və avtomobil yollarının sürətli çəkilişi, su elektrik stansiyalarının bərpası və digər mühüm layihələrin icrası Prezident İlham Əliyevin gərgin və fədakar əməyinin nəticəsidir.
Qarşıda isə bizi mühüm vəzifələr gözləyir. Heç şübhəsiz ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bütün taleyüklü məsələlərin öhdəsindən uğurla və ləyaqətlə gəlməyi bacaracaq. Bu işdə hər birimizin üzərinə böyük vəzifə və məsuliyyət düşür. Prezidenti öz nümunəvi fəaliyyətimizlə dəstəkləməli, hər zaman onun yanında olmalıyıq. Azərbaycanda xalq-iqtidar birliyi dönməz və sarsılmazdır”.
Akqabay Mıradov
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...