Nida Təhlil
Hərbçilərimiz Laçın yolunda: "Artıq bundan sonra..."
"Haqlı olduğumuz halda yenə bizi haqsız duruma sürükləmək istəyirlər. BMT Təhlükəsizlik Şurasındakı müzakirələr və Qərb dövlətlərinin "yolun açılması"yla bağlı Azərbaycana çağırışları buna sübutdur".
Publika.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, bəzi Qərb dövlətləri izahlarımızı qulaqardına vururlar:
"Narahat olmağa dəyməz, qulaqlarını tıxayaraq bizi eşitmək istəməyənlər həmişə olacaq, sadəcə diplomatlarımız daha çox çalışsaydılar, nəticə bizim üçün fərqli ola bilərdi.
Hadisələrin inkişafının bir neçə variantı var.
Birinci variant: Ermənistanla Qarabağı birləşdirən yolda etirazımız yataqlarda monitorinqə icazə verilən günə qədər sürəcək. Bu zaman müxtəlif ölkələrin Azərbaycana qarşı təzyiqləri davam edəcək. Ancaq bizi heç nəyə məcbur edə bilməzlər. Ermənistan 28 il BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmədi və Qərb dövlətlərindən heç biri buna görə İrəvana təzyiq etmədi.
İkinci variant: hərbçilərimiz artıq Ermənistanla Qarabağı birləşdirən yolda yerləşiblər. Hansısa mərhələdə dinc etiraza fasilə versək belə, nəticəni xeyrimizə dəyişmişik, azərbaycanlı hərbçilər yoldakı postda bölgəyə daxil olan və çıxan maşınları rahat şəkildə yoxlayacaqlar. Yoldan mülki şəxslər keçəcək, silah-sursat, mina və cinayətkarlar keçə bilməyəcək. Bundan sonra ermənilərin "yol bağlıdır" yalanı işləməyəcək. Yolu nəzarətə götürsək də, yataqların monitorinq məsələsi aktuallığını qoruyacaq".
Elxan Şahinoğlu hesab edir ki, başqa variantlar da mümkündür:
"Əsas odur ki, yola enmişik və bölgəyə silah və mina daşıyan erməni separatçılar rahatlığını itiriblər. Növbəti mərhələdə "yol bağlı deyil, nəzarət altındadır, mülkilər və xəstələr istifadə edə bilərlər" tezisimizi sübutlarla, görüntülərlə beynəlxalq aləmə qəbul etdirməliyik".
-
Magazin208:24Conni Deppə şok: Cek Sərçə yeni filmdə ikinci plana keçirilir
-
Sosial07:55Şuşanın kəndlərinə köç karvanları yola salındı
-
Dünya05:15İranın ABŞ hərbçilərini izləmək üçün istifadə etdiyi inanılmaz üsul
-
Qoroskop00:45Günün ulduz falı: romantik anlar yaşana bilər
-
Elm və təhsil16 Avqust 22:16Vəzifəyə yeni təyin olunmuşdu: vəfat etdi - Foto
-
Magazin216 Avqust 21:15Rafet El Romandan etiraf: “Botoksun dozasını aşdım”
-
İdman16 Avqust 20:18Ronaldo rəsmən açıqladı: Karyerasını bitirir
-
Sosial16 Avqust 20:04Azərbaycanın iki rayonuna Bakıdan axın başladı









.jpg)























