Vardanyanın “reklam” mitinqi: bu qədər erməni Xankəndində necə peyda oldu?
Bizi izləyin

Nida Təhlil

Vardanyanın “reklam” mitinqi: bu qədər erməni Xankəndində necə peyda oldu?

Xankəndində məlun mitinqin əsas detalı “bu qədər erməni haradan çıxdı” sualı oldu. Ermənilər 50-70 min iştirakçıdan bəhs etsə də, “bu qədər adam” dedikləri, təxminən 20 minə yaxın olub və bu, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki ermənilərin mövcud sayı ilə müqayisədə həqiqətə müəyyən qədər də olsa yaxındır.

Müharibədən sonra əsas işi erməniləri Qarabağa daşımaq olan Rusiya sülhməramlı kontingenti sonuncu dəfə 52 min erməninin olduğunu açıqlamışdı. Lakin separatçıların “başçısı” Araik Arutyunyan, açıqlamalarından birində 35 min erməninin olduğunu etiraf etmişdi.

Rəqəmlər ümumilikdə 25-35 min arası dəyişir və mövsümü xarakter daşıyır.

Birincisi, qış aylarında erməni əhalinin bir qismi Ermənistana gedir, yalnız hava şəraiti normallaşanda geri qayıdır;

İkincisi, Qarabağa gələn ermənilərin böyük hissəsi verilən humanitar yardımı almaq üçün bunu edir və bir neçə gündən sonra Ermənistana qayıdır;


Bununla yanaşı, erməniləri Qarabağa daşıyan Rusiyanın “52 min” açıqlaması fonunda da ermənilərin “120 min erməni” iddiası gülüncdür. Hətta müharibədən öncə Qarabağda maksimum 105 min erməninin yaşadığı haqda məlumatlar erməni mənbələrində yayılıb və onların yarısı Yaxın Şərqdən və Ermənistanın müxtəlif bölgələrindən Azərbaycan torpaqlarına qanunsuz olaraq köçürülənlər olub.
Müharibə vaxtı Ermənistana gedən ermənilərin böyük əksəriyyəti geri qayıtmaqdan imtina etdi.

Bütün bunların fonunda Xankəndidə 20 minə qədər erməninin iştirak etdiyi mitinqin “120 minlik mitinq” kimi təqdim edilməsi artıq dünyanın vərdiş etdiyi erməni yalanından başqa bir şey deyil.

Bu sayın təmin edilməsi də Vardanyanın “kisəsinə" baha başa gəlib.

Özünü separatçıların yeni “başçısı” kimi aparan Ruben Vardanyan mitinqi delabrın 17-də keçirmək niyyətində idi. Lakin heç kim onun çağırışına səs vermədi. Vardanyanın 30 oktyabrda Ermənistandan gətirilən “iştirakçılar” hesabına keçirdiyi mitinqdən fərqli olaraq, Laçın yolundakı aksiyaya görə bu dəfə belə imkanı yox idi. Bu baxımdan, Ruben Xankəndidə, eləcə də ermənilərin yaşadığı ətraf ərazilərdə görüşlər keçirməyə başladı və məqsədinin, əhalini mitinqə cəlb etmək olduğunu erməni mənbələr də təsdiq edirlər.

“Hraparak” nəşri yazır ki, ermənilər Ruben Vardanyandan narazıdır.

“Vardanyanın mitinq qərarını ləğv etməsi də daha az adamın iştirakı ilə bağlı olub. Ona deyiblər ki, yanacaq problemi var, insanlar ehtiyat benzini mitinq üçün istifadə etməyəcək, göstəriş naminə mitinq keçirməyin mənası yoxdur”, - nəşr qeyd edir.

Erməni əhali ilə görüşlər keçirən Vardanyan “çıxış yolu”nu yenə “kisəsinin ağzını” açmaqda gördü.

1. Mitinqə gəlmələri üçün erməni əhalisinə yanacaq paylanıldı;
2. Xankəndinə gələ bilmələri üçün pulsuz avtobuslar təmin edildi;
3. Hər iştirakçıya 30-40 dollar olmaqla pul mükafatı verildi;
3. Ermənilərə bütün ailə üzvlərinin iştirak etməsi üçün təzyiqlər edildi: mitinqdə uşaqların sayının çox olmasının səbəblərindən biri də budur;
4. Qarabağda hələ də qalan qanunsuz erməni silahlı dəstələrinin üzvləri mülki geyimdə mitinqə qatıldı: məzuniyyətdə olanlar da daxil olmaqla silahlı dəstənin bütün üzvləri və onların ailə üzvləri Xankəndidəki meydanda idi;
5. Müəllim və həkimlər, ümumilikdə separatçıların “qurumlarında” işləyən hər kəsin iştirakı məcburi idi;
6. Separatçıların qondarma “hüquq-mühafizə orqanlarında” işləyən hər kəs mülki geyimdə mitinqə qatıldı: görüntülərdən də bəlli olur ki, mitinqin təhlükəsizliyini qoruyan qondarma “polislər” gözə dəymir;


Məlumatlara görə, mitinq qısamüddətli olub, ermənilərin əksəriyyəti 30-40 dollarlıq mükafatı aldıqdan sonra ərazini tərk etməyə başlayıb. Qısamüddətli mitinqin çəkilişini isə xüsusi şirkət həyata keçirib: iştirakçıların sıxlığını göstərən kadrların olması, eləcə də dron çəkilişləri də bunu təsdiq edir;

Mitinqin təşkili Qarabağdakı separatçıların beynəlxalq səviyyədə “var olduğunu” qəbul etdirməkdir. Lakin separatçı rejim arasında bu məsələyə görə fikir ayrılığının yaşandığı xəbərləri də var. Erməni mənbələr yazır ki, “Vardanyanın məqsədi “arsax” yox, özünün reklamını aparmaqdır və bu, erməni əhalisi arasına narazılığa səbəb olmaqla yanaşı, Araik Arutyunyan tərəfindən də xoş qarşılanmır”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm